Rolf Dobelli

Məntiqli düşünmə sənəti

    Parvin Shahseynlisitat gətirir5 il öncə
    “Stəkanın yarısına qədər boş deyil, ya­rı­sına qədər dolu olduğunu görmək lazımdır”.
    aasadzadasitat gətirir4 il öncə
    Qadın modellər kosmetika aləmində reklam­lara çəkilirlər. Bu işdə bəzi istehlakçılar belə qə­naətə gəlirlər ki, kosmetika insanı gözəlləşdirir. Lakin bu qadınları model edən kosmetika deyil axı. Modellər təsadüfi olaraq dünyaya gözəl gəliblər və kosmetika reklamlarında da məhz bu qadınlar ilk növbədə işə cəlb edilirlər. Burada nə üzgüçülər, nə də gö­zəl­lik reklamında çıxış edən qadınlar nəticəni öz fəaliyyətləri ilə deyil, məhz fərdi xüsusiyyətlərinə və anadangəlmə faktorlara görə əldə edirlər.
    elshadmehdiyevsitat gətirir5 il öncə
    Parıldama effektinin, qısa müddətli olsa belə, yaxşı nəticələri də vardır. Siz nə vaxtsa nəticəsini anlamadan kiməsə can-dildən aşiq olmusunuzmu? Əgər həyatınızda bu baş vermişdirsə, onda siz parıldama effektində onun şüalarının nə qədər gözqamaşdırıcı olmasına artıq bələdsiniz. Aşiq olduğunuz qız və ya oğlan sizin üçün hər şeydir: o, cəlbedici, gözəl, ağıllı, xeyirxah və füsunkardır. Hətta ən yaxın dostlarınız sizin vurulduğunuz qızın ən ciddi qüsurlarını üzünüzə desələr belə, ülvi məhəbbət möcüzəsindən başqa gözünüzə heç nə görünmür.
    Mahir Bagirovsitat gətirir4 il öncə
    Əgər bir adam gəlirinin nədən asılı olduğunu yaxşı bilirsə, sənin onu bundan yayındırmaq üçün verdiyin izahatlar və anlatma cəhdin boş bir şeydir. Çünki o, həmişə bildiyinin marağındadır”.
    b6599933314sitat gətirir5 il öncə
    qəbiris­tan­­lıq­­lara baş çəkin, çünki ora heç vaxt karyera, sərmayə və layihələr haqqında vədlər vermir. Doğrudur, bu, qəm­­gin bir gəzintidir, lakin faydalıdır.
    Bəhlul Vəliyevsitat gətirir4 il öncə
    Əgər saçını kəsdirmək istəyirsənsə, onda bunu heç bir bərbərdən soruşma. O, bildi-bilmədi, hazırdır”
    Tarja Ssitat gətirir5 il öncə
    Amerikan psixoloqu Harri Şvarts özünün “Narahatlığı ələ almaq” kitabında bunun nəyə görə bu şəkildə baş verməsini izah edir.
    b6884834241sitat gətirir5 il öncə
    İşi dayandırmaq məğlubiyyətə uğramağa bə­ra­bər­dir. Ona görə də yersiz çəkilən xərclər tez-tez “Konkord effekti”nə bənzəyir. Burada nəinki bahalıq, itki, eləcə də yersiz qərar qəbul etmə zamanı yol verilən yanlışlıqlar öz sözünü deyir.
    elshadmehdiyevsitat gətirir5 il öncə
    Pavlov metodu insanlara münasibətdə də tətbiq oluna bilər. Reklam bu və ya digər məhsulun nümayiş etdirilməsində müsbət emosiyaları bir-birinə bağlayır. Ona görə də siz heç vaxt reklamda çirkin sifətlər və ya beli bükülmüş qoca şəklini görə bilməzsiniz. Koka-kola içən, pəhləvan cüs­sə­li, gözəl adamlar insanda inanılmaz ləzzət aşılayırlar.
    elshadmehdiyevsitat gətirir5 il öncə
    Yanlış fikirlər yürütməkdən necə qurtulmaq olar? Sizin haqqınızda tam həqiqəti üzünüzə söyləyən dostunuz varmı? Əgər belədirsə, onda sizdən xoşbəxt adam yoxdur. Əgər belə dostlar yoxdursa, yəqin ki, bir düşməniniz tapılar. Onda özünüzdə güc tapın və onu bir fincan qəhvəyə qonaq edin. Ondan xahiş edin ki, sizin barənizdə nə fikirdədirsə, birbaşa sifətinizə desin. Bundan sonra siz ona minnətdar olacaqsınız.
    resulbaabsitat gətirir5 il öncə
    Məsələn, xoş­bəxt­likdə: asimmetriya bəzən yanlışlığı öncədən gör­məyə imkan verir.
    Tural Ehmedovsitat gətirir5 il öncə
    Ana dilində “r” hərfi ilə başlayan və “r” hərfi ilə bitən nə qədər söz olar? Cavab belədir: “r” hərfi ilə bitən sözlər “r” hərfi ilə başlayan sözlərdən iki dəfə çoxdur.
    b5100845609sitat gətirir5 il öncə
    Yaponlar 30 il bundan əvvəl dünya bazarını öz məhsulları ilə zən­gin­ləş­dirdilər. Digər sənaye sahibkarları isə sənaye möcüzəsinə dəqiq nəzər yetirdilər və gördülər ki, yapon fabriklərinin iş prinsipi kollektiv, qrup rejimi qaydasında təşkil edilmişdir. Məhz bir sıra dövlətlər həmin modelin surətini çıxardılar, lakin nəticədə hər şey bir-birinə qarışdı. Yaponiyada ən yaxşı çalışqan prinsip nə idisə (mənim tezisimə görə, yaponlarda sosial tənbəllik effekti baş verməmişdi), bu özlərindən razı və həyatı başqa cür düşünən amerikalılarda və avropalılarda həmin səviyyədə təkrarlanmadı. Komandalar şəklində fəaliyyət bizim ölkəmizdə də mötəbər mənbələrə görə, – əgər onlar mümkün qə­dər fərqli, ixtisaslaşmış insanlardan ibarətdirsə, – daha yaxşı nəticələr verir. Belə qruplarda ayrı-ayrı iş icraatı mütəxəssislərin üzərinə düşdüyünə görə, bu onlar üçün xüsusi məna kəsb edir.
    Sosial tənbəlliyin maraqlı təsirləri vardır. Qruplarda biz özümüzü nəinki fəaliyyət prosesindən saxlayırıq, habelə yaxamızı məsuliyyətdən kənara çəkirik. Heç kim yaranmış pis nəticə üçün təqsirli olmasını istəmir.
    aasadzadasitat gətirir6 ay öncə
    Nəticə: kim öncədən uzaqgörənlik edirsə, xü­su­sən də ekspertlər proqnozlar verirlərsə, onlara şübhə ilə yanaşın. Həmişə bütün planlarınızda pessimist ssenaridən çıxış edin (yəni işin pis tə­rə­fini düşünün, xeyiri həmişə sizindir). Bununla da siz vəziyyətdən bir növ real çıxa bilmək və vəziyyətə daha real qiymət verə bilmək üçün hə­qi­qi şans əldə edərsiniz.
    Gunel Najafovasitat gətirirkeçən il
    1918-ci ildə Nobel mükafatı laureatı adını alan Maks Plank Almaniyanı başdan-başa gəz­mək üçün səyahətə çıxdı. Maraqlı burası idi ki, o, səfər zamanı hansı universitetə dəvət edilirdisə, audi­toriyalarda Kvant mexanikası üzrə eyni mühazirələri deyirdi. Aradan bir qə­dər keçəndən sonra onun sürücüsü mühazirəni hə­mişə eşit­di­yin­dən tamamilə əzbər öyrəndi. Bir dəfə sürücü dedi: “Cənab professor, bütün vaxt­larda eyni mühazirəni oxumaq sizin üçün, yəqin ki, darıxdırıcı olardı. Gəlin Münhendə sizin yerinizə mən çıxış edim, siz isə birinci sırada mənim sürücü şlyapamda əyləşin. Yəqin bu bizim üçün yüngülvarı əyləncə olardı”.
    Plank buna ürəkdən güldü və razılaşdı. Beləcə sürücü ali savadlı universitet tələbələri qarşısında Kvant mexanikası üzrə uzun sürən bir mühazirə oxudu. Mühazirənin gedişində fizika üzrə professorlardan biri sualla müraciət edəndə, sürücü belə cavab verdi: “Heç bir zaman Münhen kimi intellektual şəhərdə belə sadə sual veriləcəyinə inanmazdım. Bu suala qoy mənim sürücüm cavab versin”.
    Tutu Babaxanovasitat gətirir2 il öncə
    Nəticə: dünyada hər yerdə nəyəsə can atmağa dəyən, məsələn, möhtəşəm əzələlər, gözəllik, çox­lu gəlir, var-dövlət, uzun ömür yaşamaq, aura, xoş­bəxtlik və sair qiymətləndirilirsə, siz buna də­qiq baxmalısınız. Bir işin öhdəsindən gələ bi­lə­cə­­yiniz təqdirdə ona üz tutun. Siz üzgüçülük ho­vuzuna baş vurmamışdan əvvəl, özünüzə güz­gü­də baxın və səmimi olun: bu istəyin sizdə doğrul­maq ehtimalı varmı?
    Zaur Mirzayevsitat gətirir3 il öncə
    Əgər 50 milyon insan ağılsız hə­rəkətləri təkrar edərsə, o heç vaxt həqiqətə çev­ril­mə­yəcək”.
    Alirza B-zadesitat gətirir4 il öncə
    Kiçik yalanların köməyilə biz özümüzü
    necə sakitləşdiririk
    b3360040700sitat gətirir2 ay öncə
    İlk dəfə başa düş­düm ki, əgər bəzi adamlar ağılsız davranaraq, si­zinlə qarşılaşdığında silahlanıblarsa, deməli, üs­tün­lükləri şübhəsizdir
    aasadzadasitat gətirir6 ay öncə
    Nəticə: kim öncədən uzaqgörənlik edirsə, xü­su­sən də ekspertlər proqnozlar verirlərsə, onlara şübhə ilə yanaşın. Həmişə bütün planlarınızda pessimist ssenaridən çıxış edin (yəni işin pis tə­rə­fini düşünün, xeyiri həmişə sizindir). Bununla da siz vəziyyətdən bir növ real çıxa bilmək və vəziyyətə daha real qiymət verə bilmək üçün hə­qi­qi şans əldə edərsiniz
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl