Uşaqlıq və ahıllıq çağları bir-birinə oxşayır. Hər iki yaş dövründə fərqli səbəblərlə insan olduqca müdafiəsiz olur. Bədənimizin çevrəsində görünməz bir zirehin yaranması yeniyetməlik dövründə başlayır. Bu zireh uzun bir müddətdə yaranır və gənclik dövründə qalınlaşır. İnkişafı bir az da incininkinə bənzəyir, yara nə qədər böyük və dərindirsə, ətrafında yaranan zireh də o qədər güclü olur. Amma sonra, uzun zaman geyilən bir geyim kimi ən çox istifadə olunan yerlərindən köhnəlir, tikişləri sökülür və ani bir hərəkətdən yırtılır. Əvvəl heç bir şey hiss etməzsən, zirehinin hələ də səni möhkəm sardığını zənn edərsən, amma bir gün birdən-birə səfeh bir şey qarşısında uşaq kimi səbəbini də bilmədən ağlamağa başlayarsan.