Susanna Tamaro

Ürəyinin apardığı yere get

Oxu
“Ürəyinin apardığı yere get” romanı Umberto Ekonun “Qızılgülün adı” romanından sonra İtaliyada böyük uğurlara imza atan və ən çox satılan kitablar siyahısından düşməmişdir.
Roman səksən yaşlı bir nənənin Amerikada oxumağa və yaşamağa qərar verən nəvəsinə yazdığı, lakin göndərmədiyi məktublardan ibarətdir. Nənə bu məktublarda özünün və qızının həyatının bəzi məqamlarını, dəyişən adətlər, dəyərlər, qarşısında duyduqlarını qələmə alaraq gəncliyində edə biləcəyi amma cürət etmədiyi şeyləri nəvəsinə anladarkən hər şeydən öncə ürəyin səsinə də qulaq asmağı məsləhət görür: İlk çevrilişi insan öz içində etməlidir, bəli, ilk və ən əhəmiyyətli çevriliş budur. İnsan özü haqqında bir düşüncəyə sahib deyilsə, bir məqsəd uğrunda vuruşmaq atılacaq ən təhlükəli addımdır…
İnanırıq ki, kitab oxucuların marağına səbəb olacaq və kitabsevərlər tərəfindən maraqla qarşılanacaqdır…
136 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

Rəvanə Mustafayeva
Rəvanə Mustafayevatəəssüratları paylaş4 ay öncə
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır

Ömrünü son anlarında keçirdiyi illərin və verdiyi səhv qərarların kədəri ilə yaşayan bir yaşlı qadının öz nəvəsinə etirafları və ona qarşı sevgisini əks etdirən məktublardan bəhs edilir əsərdə ancaq bu məktublar çox təəssüfki heç bir zaman nəvəsinə çatmayacaqdır ....

Sahile
Sahiletəəssüratları paylaş3 il öncə
💞Romantik kitabdır

Hər kişinin həyatında mükəmməl tək bir qadın vardır, və hər qadının da həyatında bütünlüyünə çata biləcəyi tək bir kişi. Amma buna nail olmaq çox az insana nəsib olan alın yazısıdı. Yerdə qalan hər kəs isə qənaətsizlik, davamlı bir intizar içində yaşamaq məcburiyyətindədir.

Aisha Ragim
Aisha Ragimtəəssüratları paylaş4 il öncə
🔮Müdrik kitabdır

Anladım ki, o quru vidalaşmanın səbəbi hissizlik deyil, ağlamağa hazır bir insanın gərginliyidir. Sənə əvvəl söz açdığım o zireh məsələsi kimi. Sənin zirehin elə möhkəmdi ki, nəfəs almaqda belə çətinlik çəkirsən.

Sitatlar

Sahile
Sahilesitat gətirir4 il öncə
Mövcud olan tək həqiqət və inanılası müəllim in­sanın öz vicdanıdır
Seide Novruzova
Seide Novruzovasitat gətirir4 il öncə
gözlərimin önündən çox şey keçdi, amma heç biri qalmadı
Alirza B-zade
Alirza B-zadesitat gətirir4 il öncə
İkimiz də eyni ağacda yaşadıq, amma elə fərqli mövsümlərdə ki!

Rəflərdə

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 351
  • 153
Oruc tutan oxucular üçün, Bookmate
"Romances", Sudaba Aliyeva
Sudaba Aliyeva
"Romances"
  • 18
  • 7
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl