Donald O. Klifton,Tom Rat

Nikbinliyin gücü

Dünya obyektiv reallıq kimi mövcud deyildir. O bizim ona bəslədiyimiz münasibətdən asılı olaraq gözəl və ya eybəcər ola bilir. Kitabın müəllifləri həyatda çox böyük çətinliklərlə üzləşiblər, lakin onlar nikbinlik və ruh yüksəkliklərini saxlayıblar, uzun və xoşbəxt ömür sürüblər.
Real həyatda optimist insan istənilən vəziyyətdə yaxşı nəsə axtarır. İşdə və dostlarınızla münasibətdə pozitiv əhval-ruhiyyədə olmağınız, eyni zamanda nikahınızı möhkəmləndirə və öz doğma uşaqlarınızın arasında nüfuzunuzu qaldıra bilər. Tom Rat və Don Kliftonun kitabında istənilən həyat şəraitində pozitiv emosiyalar yaşamağınıza kömək edən beş strategiyadan bəhs edilir. Emosiyaların sizin həyatınıza və sağlamlığımıza nə dərəcədə ciddi təsir etməsini bilmək istəyirsinizsə, bu kitabı oxuyun. Çoxsaylı tədqiqatlar göstərir ki, pozitiv köklənmiş insanlar daha uzun ömür sürürlər. Bu kitab da sizə həyata pozitiv münasibət bəsləməyə kömək edəcək.
Kitab geniş auditoriya üçün nəzərdə tutulub.
72 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

    Bəhlul Vəliyevtəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır
    🚀Ayrılmaq olmur

    Həmişə dediyim kimi pozitiv olun.Çalışın "vedrə"niz həmişə dolu olsun .

    Ruslantəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💞Romantik kitabdır

    Maraqlı və qısa özünü inkişaf kitabı. Bədbinliyin dağıdıcı gücündən və nikbinliyin qurucu gücündən çox gözəl misallarla bəhs edir. Ümumiyyətlə qısa kitab olduğuna görə bir neçə saatınızdan keçib, oxumağınızı tövsiyyə edirəm.

    Ellada Babayevatəəssüratları paylaş3 il öncə
    🎯Faydalı kitabdır

    Pis deyil, amma çox da güclü kitab deyil. Bu cür kitablar oxumağı yeni başlayanlar üçün ilkin mərhələ kimi işə yarayar

Sitatlar

    Neman Mirzezadesitat gətirir6 il öncə
    Dünya obyektiv reallıq kimi mövcud deyildir. O bizim ona bəslədiyimiz münasibətdən asılı olaraq gözəl və ya eybəcər ola bilir.
    Su zanbağı.sitat gətirir2 il öncə
    “İnsanlarla, onların səninlə necə davranmalarını istədiyin kimi davran”
    Su zanbağı.sitat gətirir2 il öncə
    Bizim əksəriyyətimiz adamların çatışmazlıqlarının gözə soxulduğu, layiqli cəhətlərinin isə xatırlanmadığı mühitdə böyümüşük.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl