Robert Qrin

Hakimiyyətin 48 qanunu

    Gultaj Ahmadzadasitat gətirir5 il öncə
    İntibah dövrünün görkəmli diplomatı və saray əyanı Nikkolo Makiavelli yazdığı kimi: “Həmişə yaxşı olmağa çalışan hər bir kəs, əvvəl-axır mütləq, çox böyük sayda yaxşı olmayanların arasında dəfn edilmiş olacaq”.
    Vusala Mammadovasitat gətirir6 il öncə
    Görməmiş və paxıl padşahla rastlaşırlar. Padşah onlara deyir: “Sizdən biriniz məndən ürəyindən keçən hər şeyi istəyə bilər, mən onun xahişini yerinə yetirəcəyəm, amma bir şərtlə – ikinci bunun ikiqatını alacaq”. Paxıl birinci xahiş etmək istəmirdi, çünki paxıllığı kimin isə ondan çox alacaı fikrini heç yaxın da buraxmırdı. Görməmiş də birinci xahiş eləmək istəmirdi, çünki hər şeyin ona çatmasını arzulayırdı.
    Nəhayət, görməmiş paxılı inandıra bilir ki, birinci o xahiş eləsin – bəs nə oldu? O, padşahdan özünün bir gözünü çıxarmasını xahiş elədi.
    Solomon Şimmel, “Yeddi fani günah”, 1939
    b0191250629sitat gətirir2 il öncə
    Niyyətlərinizi gizlətməyin ən effektiv üsullarından biri – daim şəxsi planlar və arzular haqqında dəm vurmaqdır, lakin bu əsl planlar və arzular olmamalıdır. Siz bir güllə ilə üç dovşanı vurmuş olarsınız: şən, açıq, etibara layiq adam təsiri bağışlayacaq, niyyətləriniz rübəndləyəcək və rəqiblərinizi həyata keçməyəni təqib etməyə göndərəcəksiniz və bu onların vaxtını xeyli alacaq.

    İnsanları yanlış
    Xuraman Memmedovasitat gətirirkeçən il
    Susqunluğunuz və sadə cavablarınız onları müdafiə mövqeyini tutmağa vadar edəcək və onlar dözməyəcək, sirlərini və zəifliklərini ələ verərək, pauzaları şəxsi fikirləri ilə doldurmağa başlayacaqlar.
    b0311785324sitat gətirir4 il öncə
    Düşmənlərinizin reputasiyasında boşluqlar taparaq, onları sıradan çıxarmağı öyrənin.
    Karabakh TVsitat gətirir6 il öncə
    Hökmən deyil ki, dahi olasınız, sizi ümumi kütlədən fərqləndirən nəyi isə etmək bacarığı kifayətdir
    Vusala Mammadovasitat gətirir6 il öncə
    QANUN
    31

    VARİANTLARIN HAMISINI
    NƏZARƏTDƏ SAXLA: QOY BAŞQALARI OYNASIN SƏNİN PAYLADIĞIN
    KARTLARLA
    H.Hesenovasitat gətirir5 il öncə
    axı minnətdarlıq – yük, qisas isə – həzzdir”.
    Sabina Karimlisitat gətirir6 il öncə
    “İstirdiyyələr (yeyilən dəniz ilbizi) balıqqulağını tam şəkildə Ay bədirlənəndə açırlar; istirdiyyənin açıl­­dığını görən dəniz xərçəngi onun içərisinə xırda daş, ya da yosun atır, buna görə də istirdiyyə yenidən bağ­­lana bilmir və krabın şikarı olur. Ağzını həddən artıq çox açanların qisməti belədir və onlar özlərini dinləyicilərin ixtiyarına vermiş olurlar”.
    Leonardo da Vinçi (1452-1519)
    Karabakh TVsitat gətirir6 il öncə
    başqaları sizinlə ünsiyyətdə olmağı sevdikləri üçün sizdən asılı olunca, qoy sizi itirə biləcəkləri qorxusu altında asılı olsunlar.
    Vusala Mammadovasitat gətirir6 il öncə
    siz əhatənizdə olanların ehtiramla yanaşdıqları qanunları və onların – nə etmək lazım olduğunu sizə pıçıldamaq üçün yazdıqları – kitablarını, həmçinin də yaşlıların müdrik məsləhətlərini qətiyyətlə kənara atmalısınız. Başqalarının müd­rik­liyinə həddən artıq ehtiramla yanaşmaq sizin fərdi qabiliyyətlərinizin əskildilməsi ilə nəticələnə bilər. Keçmişə, ələlxüsus da özünüzün keçmişinizə mü­na­sibətdə amansız olun və sizə kənardan sırınan fəl­sə­fələrə hörmət etməkdən imtina edin.
    Vusala Mammadovasitat gətirir6 il öncə
    Ətrafdakıları məsafədə saxlayın, distansiyaya riayət edin və onların gözünə yalnız sizin sərbəstliyiniz görünəcək.
    Xuraman Memmedovasitat gətirirkeçən il
    Əgər, məsələn, siz təbiətən si­mic­sinizsə, səxavətli adamla ünsiyyətdə olun və o öz ürək­açıqlığını sizə yoluxduracaq. Əgər siz qaraqabaq, tutqun adamsınızsa, həyatsevər şəxslərlə yaxın olun. Əgər özünə qapanmağa meyillisinizsə, özünüzü ünsiyyətcil adamlarla dostlaşmağa məcbur edin. Özü­nüzdəki çatışmazlıqların yiyəsi olan adamlarla heç vaxt kooperasiyaya girməyin, onlar sizi dala çə­kən bütün hər şeyi daha da möhkəmləndirəcəklər. Qoy sizi yalnız müsbət olana cəzb etsin. Bunu özünüz üçün həyat qanunu edin – bu sizə istənilən terapiyadan çox kömək edəcək.
    Amina Mamedovasitat gətirir2 il öncə
    Özünü müdafiə etməyin ən yaxşı üsulu – su kimi, axarlı və formasız olmaqdır; stabillik və uzun­müddətli qayda-qanuna heç vaxt stavka etməyin. Hər şey dəyişir.
    Amina Mamedovasitat gətirir2 il öncə
    Söz, sərçə deyil, uçdu – tuta bilməyəcəksən. Söz­lə­­rinizə diqqət yetirin. Sarkazmla danışanda xüsusilə eh­­tiyatlı olun: ödəməli olacağınız qiymət acı sözlərin gə­­tirdiyi bir anlıq məmnunluğu alt-üst də edə bilər.
    b0972771816sitat gətirir3 il öncə
    Səmimilik tək-tük adamlarda aşkar oluna bilər və çox vaxt fəndlərdən ən ağıllısıdır
    cey_funsitat gətirir4 il öncə
    Başqalarının sizin üçün edə biləcəkləri şeyi heç vaxt özünüz etməyin.
    Karabakh TVsitat gətirir5 il öncə
    Tənhalıq dərrakə üçün təhlükə yaradır, habelə məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumati inanclarla yaşayır və lap çox güman ki, havalanmış adamdır.
    Yusif Hasanzadesitat gətirir6 il öncə
    Nitqlərinizlə təəssürat yaratmaq istəyərkən, yadda saxlayın: nə qədər çox deyəcəksinizsə, bir o qədər ordinar və real qüvvəsi olmayan adam təsiri bağışlayacaqsınız. Əgər nitqləriniz, sfinksin nitqləri kimi, az anlaşılan, tamamlanmamış və müəmmalı olacaqsa, siz hətta banal şeylər danışanda belə, orijinal təsir bağışlayacaqsınız. Nüfuzlu insanlar natamam danışmaqları ilə təəssürat yaradır və qorxu təlqin edirlər. Nə qədər çox danışırsınızsa, sizin nə isə bir axmaqlıq deyəcəyinizin ehtimalı bir o qədər yüksəlir
    Karabakh TVsitat gətirir6 il öncə
    ARI VƏ ŞAHZADƏ

    İtiquyruq adlı bir arı çoxdan idi məşhurlaşmaq ar­zusu ilə yaşayırdı. Bir dəfə o uçub şahın sarayına gəl­di və öz çarpayısında yatan balaca şahzadəni sancdı. Şah­za­də ayıldı və bərkdən ağladı. Şah və saray əyanları təlaş içində onun yanına tələsdilər. Şahzadə qışqırır, arı isə onu yenə və yenə sancırdı. Saray əyanları arını tutmağa çalışırdılar, amma onlardan hər birinə də arı­nın neştərindən pay düşdü. Qara-qışqırığa bütün saray əhli tökülüşdü, xəbər tez yayıldı və avaralar saraya tərəf axışmağa başladı. Şəhər təlatümə gəlmişdi, bü­tün işlər dayanmışdı. Çəkdiyi zəhmətdən sonra dincəlməyə getməzdən əvvəl arı ərz etdi: “Şöhrəti olmayan ad, alovu olmayan yanğın kimidir. Nəyin bahasına olur-olsun ad çıxarmaqdan vacib başqa heç nə yoxdur”.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl