Beyaz Geceler, Fyodor Dostoyevski
Kitablar
Fyodor Dostoyevski

Beyaz Geceler

Oxu
77 kağız səhifələr
  • 👍12
  • 💞4
  • 🚀2
Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən bəhs edir. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur.
Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir!
Dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri hesab olunan Fyodor Mixayloviç Dostoyevski (1821–1881) rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qeyri-adi və bənzəri olmayan bir istedaddır. F. M. Dostoyevskinin yaradıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinədir. Onun “Bəyaz gecələr” əsəri 1848-ci ildə çap olunub. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib.
Təəssürat
Rəfə

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

Bookmate – bu, oxumaq istəyəcəyiniz tətbiqdir
  • 👍Tövsiyə edirəm12
  • 💞Romantik kitabdır4
  • 🚀Ayrılmaq olmur2
Giriş və ya qeydiyyat
Emil Azizov
Emil Azizovtəəssüratları paylaş2 il öncə

Bu gün Fyodor Dostoyevskinin " Bəyaz Gecələr " adlı kiçik həcmli povestini oxuyub bitirdim. Dostoyevski “ Bəyaz gecələr ”- i 1848-ci ildə 27 yaşında yazıb və Peterburq qəzetlərinin birində dərc etdirib.Yazıçının fikrincə, "xəyalpərəstlər" əslində, yaşadığı cəmiyyətin qurbanlarıdır. Xəyalpərəstlər, təklikdə və tənha böyük, səs-küylü şəhərdə yaşayan gənclərdir. Bu ağıllı, xeyirxah, səmimi və həssas adamlar cəmiyyətdə lazımlı və faydalı olmaq istəyirlər. Onlar öz həyatlarında məna görmək və xoşbəxt olmaq istəyirlər. Romanın baş qəhrəmanı bir xəyalpərəstdir. Olduqca yalnız, tənha, səkkiz ildir Peterburqda yaşamasına baxmayaraq, heç bir dostu, kimsəsi olmayan bir xəyalpərəstdır. Peterburqun bütün küçələrinə aid olduğunu düşünən bir xəyalpərəstdir. Xəyalpərəst qəhrəmanımızın bir xüsusiyyəti də var ki, utancaqdır. Öz hislərini ifadə etməyə çətinlik çəkir. Xəyalpərəst bəyaz gecələrin birində Nastya adlı bir qızla tanış olur. Nastya ona öz sıxıcı, darıxdırıcı həyatından, sevdiyi şəxsdən və necə tərk edilməyindən danışır. Sonradan qəhrəmanımız bu qıza aşıq olur. Ancaq məhəbbətinə qarşılıq ala bilməz, çünki Nastenkanın sevdiyi və gözlədiyi başqa bir adam vardır .Lakin Nastya onu dost, qardaş kimi qəbul edir, Dostoyevskinin hər bir kitabını oxuduğumda dünyanın ən yaxşı yazıçısı olduğuna inanıram.Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.Pleşeyevə həsr edib.

M.Vəlizadə
M.Vəlizadətəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
🚀Ayrılmaq olmur

Yenə də Dostayevski qələminin möhtəşəmliyi! Heyranlıqla oxudum. Dostayevskinin müşahidəçilik qabiliyyətinə bir daha valeh oldum. İnsanların hiss və duyğularını bu qədər incəliklərə qədər təfərrüatlı şəkildə təsvir etmək- çox böyük istedad tələb edir.

Nermin Hussein
Nermin Husseintəəssüratları paylaş4 il öncə

Klassikler,sizi sevirem

Həmidə Məcidli
Həmidə Məcidlisitat gətirir2 il öncə
"İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan: "Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" "Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...
mlk
mlksitat gətirir3 il öncə
“Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?”
Elvin Yusifoğlu
Elvin Yusifoğlusitat gətirir4 il öncə
qadınlara belə cürətsizlik xoş gəlir; əgər daha açığını bilmək istəyirsinizsə, sizin cürətsizliyiniz mənim də xoşuma gəlir,
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 537
  • 427
 Fyodor Dostoyevski, Külək
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 348
  • 148
Klassika, şəms.
şəms.
Klassika
  • 339
  • 7
Menim kitablarim, b4056471194
b4056471194
Menim kitablarim
  • 24
  • 5
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl