bookmate game
Fyodor Dostoyevski

Beyaz Geceler

Əlavə edilənlər barədə bildirilsin
Bu kitabı oxumaq üçün EPUB və ya FB2 faylını bookmate-ə yükləyin. Kitabı necə yükləməli?
    Həmidə Məcidlisitat gətirir5 il öncə
    "İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan: "Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" "Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...
    mlksitat gətirir7 il öncə
    “Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?”
    b8468989854sitat gətirir4 il öncə
    , biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir...
    M.Vəlizadəsitat gətirir4 il öncə
    Söz atılan ox kimidir, bir də geri qayıtmaz.
    Həmidə Məcidlisitat gətirir5 il öncə
    Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir, ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur...
    Şükürov Şükürsitat gətirir5 il öncə
    Bu gün hava çox kədərli, yağmurlu və mənim qocalıq günlərim kimi günəşsiz idi.
    ahmedoffelvin99361sitat gətirir7 il öncə
    Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək.
    ahmedoffelvin99361sitat gətirir7 il öncə
    İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan: "Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?"
    ahmedoffelvin99361sitat gətirir7 il öncə
    bu həyat həmişə gəncdir, tez-tez dəyişir, yeniləşir, hər ötən saat özündən sonrakı saata oxşamır... Puç bir xəyalın məhsulu olan həyat isə son dərəcə qaba və yekrəngdir; o, dumanlı kölgələrin, qarışıq fikirlərin əksidir
    ahmedoffelvin99361sitat gətirir7 il öncə
    qadınlara belə cürətsizlik xoş gəlir; əgər daha açığını bilmək istəyirsinizsə, sizin cürətsizliyiniz mənim də xoşuma gəlir,
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl