Vusala Mammadovahas quoted8 years ago
Zənnimcə, şirkətlər reklama daha az vəsait və ictimaiyyətlə əlaqəyə daha çox vəsait ayırmaqla tezliklə öz marketinq büdcələrini yenidən bölüşdürəcəklər. Reklam artıq əvvəlkitək effektli deyil. Onun əli kütləvi auditoriyaya günü-gündən daha az çatır, belə ki, məlum — auditoriya get-gedə daha əlaqəsiz olmağa başlayır. Televiziyadakı reklam çarxları qısaldılır, bir-birinə birləşdirilir, aralarındakı bənzərlik durmadan artır, tamaşaçılarsa reklam dəqiqələrində kanalın yerini dəyişməyə üstünlük verirlər. Və ən pisi, reklama artıq etibar etmirlər. Tamaşaçı reklamın hər şeyi şişirtdiyini, qərəzli olduğunu bilir. Ən yaxşı halda o məzəlidir və əyləndirir, ən pis halda isə zəhlətökən və yalançıdır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)