b4249537047has quoted7 years ago
30
Kökələcəyəm?

Bir başqa yanılma da budur. Bu yanılmanı siqareti “iradə metodu” ilə tərgitməyə çalışan və siqaretin əskikliyini aradan qaldırmaq üçün şəkərli ərzaqlara baş vuran siqaret istifadəçiləri yaymışlar. Nikotin əskikliyinin yaratdığı darıxmaq hissi aclıq siqnallarına bənzəyir, buna görə də tez-tez aclıqla qarışdırılır. Aclıq yeməklə aradan qaldırılır, ancaq nikotin üçün darıxmaq heç bir zaman tamamilə aradan qalxmaz.
Hər bir narkotikada olduğu kimi, bədən bir müddətdən sonra güzəştə gedir və bu darıxmaq hissi artıq sözün əsl mənasında yenilməz olur. Elə siqareti söndürən kimi vücuddakı nikotinin səviyyəsi aşağı düşdüyü üçün siqaret istifadəçisi fasiləsiz olaraq siqaret üçün darıxmağa başlayar. Bundan doğan nəticə isə dalbadal siqaret çəkməkdir. Fəqət siqaret istifadəçiləri aşağıdakı səbəblərdən birinə və ya ikisinə görə işin bu nöqtəyə gəlməsinə mane olarlar:

1. Pula görə, yəni daha çox siqaret çəkməyə pulları yoxdur.
2. Sağlamlığa görə, yəni siqaret istəyini aradan qaldırmağa görə özümüzü zəhərləyərik, bu da özlüyündə çəkə biləcəyimiz siqaretlərin sayını məhdudlaşdırar.

Siqaret istifadəçiləri fasiləsiz olaraq nikotin üçün darıxdıqlarına və bu hissi heç bir zaman tamamilə aradan qaldıra bilmədiklərinə görə bu boşluğu doldurmaq üçün, əsasən, çox yemək yeyər və çox içki içərlər, ya da daha güclü narkotikaya müraciət edərlər (alkoqol düşkünlərinin çoxu siqaret çəkənlərdir, bunun həqiqətən də siqaret problemi olub-olmadığı məni maraqlandırır).
Siqaret istifadəçisi yemək yerinə siqaretdən istifadə etməyə başlayar. Özümün yaşadığım o qorxunc illərdə elə bir nöqtəyə gəlmişdim ki, səhər və günorta yeməklərini yeməzdim. Bunun əvəzində bir-birinin ardınca bütün günü siqaret çəkərdim. Son illərdə axşamı dörd gözlə gözləyirdim, çünki ancaq o zaman siqaret çəkməyəcəyimi bilmirdim. Ancaq bu dəfə də bütün axşamı yeyirdim. Ac olduğumu fikirləşirdim, ancaq əslində siqaret üçün darıxırdım. Başqa cür desək, gündüzlər yemək əvəzinə siqaret çəkir, axşamlar da siqaret çəkmək yerinə yemək yeyirdim. O zamanlar bu günlə müqayisədə on üç kiloqram kök idim və bunun qarşısını ala bilmirdim.
Vücudumuzdan canavarı çıxardıb atan kimi o iyrənc inamsızlıq duyğusu da yox olar. Özünüzə inamınızla birlikdə özünüzə olan hörmət də yerinə qayıdar. Beləliklə də, təkcə yemək vərdişlərinizi deyil, bütün həyatınızı nəzarət altına almış olarsınız. Siqaretdən xilas olmağın ən böyük üstünlüklərindən biri də budur.
Əvvəl də söylədiyim kimi, kökəlməyə siqaretsizliyə alışma dövründə siqaret yerinə istifadə etdiyimiz şeylər səbəb olur. Bu metodlar siqareti tərgitməyi asanlaşdırmaz, əksinə çətinləşdirər. Bu məsələyə irəlidə siqaret əvəzinə istifadə olunanlarla bağlı bölümlərdə daha ətraflı bir şəkildə münasibət bildirəcəyəm.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)