Kitti, sən müharibə nə olduğunu bilmirsən, yalnız mənim məktublarım əsasında sığınacaqdakı həyatı tam təsəvvür edə bilməzsən. Ona görə sənin üçün bizim azadlığa çıxacağımız birinci gün nə etmək istədiyimizi bilmək maraqlı və məzəli olar.
Marqo və cənab Van Daan azı yarım saat isti vanna qəbul etmək arzusundadırlar. Xanım Van Daansa doyunca pirojna yemək istəyir. Düssel, əlbəttə ki, öz Şarlottasının yanına qaçacaq. Anam bir fincan qəhvənin arzusundadır, atamsa dərhal cənab Foskeylə baş çəkəcək. Peter kinoya gedəcək. Bəs mən? Mən o qədər xoşbəxt olacağam ki, heç bilmirəm nə edəcəyəm! Hər şeydən əvvəl, elə istəyirəm ki, öz evimdə olum, təzədən sərbəst olum, məktəbə gedim!