Anna Frank

Anna Frank Gundeliyi

Bu 13 yaşlı yəhudi qızının — Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qal­dığı sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu gündəlik yaz­mağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı. Anna Frankın həyat tarixçəsi — gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir. Diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Anna Frank özünün və yaxınlarının gələcəyi ilə bağlı daim qorxularla dolu olsa da, gündəliyi üçün narahat olmur, sanki onun bir möcüzə nəticəsində salamat qalacağını qabaqcadan bilir: ailəsinin həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər, bəlkə doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır? Gündəlik kitab şəklində ilk dəfə 1947-ci ildə Niderlandda işıq üzü görür. 1952-ci ildə Amerika və İngiltərədə nəşr olunur. Hazırda gündəliyi dünyanın 70-dən çox ölkəsi öz dilində çap edib.
327 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Mirələm Əkbərlitəəssüratları paylaş4 il öncə
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Deyəcək sözüm yoxdu.Bu əsəri oxuyandan sonra insanların necə də axmaq olduğunu anlamamaq mümkün deyil.

    Rusisho Murazakitəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır

    Milliyətçi-faşist virusa yaxalansanız “Anna Frankın Gündəliyi”ni oxumaq o virusa qarşı vaksin olacaq. İnsanların öz irqlərini, millətlərini digərlərindən üstün görmələri qədər sarsaq ideologiya yoxdur. Həqiqətəndə Muhammad s.a.v düz deyib “Ərəbin əcəmdən, əcəminsə ərəbdən heç bir üstünlüyü yoxdur.”

    b4685344909təəssüratları paylaş15 gün öncə

    Bu gün test işlədik məktəbdə. Evə gəldim elə bu kitabı axtaracaqdım ki qarşıma çıxdı😊

Sitatlar

    alizada_fidansitat gətirir4 il öncə
    Əgər bütün insanlar hər axşam yatmazdan əvvəl gün ərzindəki əməllərini xatırlayıb, onların yaxşı və pisinə qiymət versəydilər, necə də xeyirxah və gözəl olardılar. Onda istər-istəməz gündən-günə yaxşılığa doğru gedib axırda nəsə əhəmiyyətli bir şeyə nail olacaqsan.
    Ellada Babayevasitat gətirirkeçən il
    Passivliyin xoş olması ancaq görüntüdür. İnsana yalnız iş zövq verir
    M.Vəlizadəsitat gətirir2 il öncə
    Məhəbbət yasağın nə olduğunu bilmir.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl