az

Kobo Abe

Kitablar

Sitatlar

Kamil Kamillisitat gətirir2 il öncə
Entomoloqun sadə, ürəkdən gələn bir sevinci var – yeni növün tapılıb üzə çıxarılması. Nail oldunmu? O dəqiqə entomoloci atlasda, yenicə tapılmış həşəratın latınca yazılmış uzun elmi adının yanında sənin də adın peyda olacaq və istisna deyil ki, bu ad orada əsrlərlə qalacaq. Sənin adın, lap tutaq ki, həşəratın sayəsində də olsa, insanların yaddaşında uzun müddətə qalırsa, bu o deməkdir ki, əziyyətin hədər getməyib.
Kamil Kamillisitat gətirir2 il öncə
Bu necə də günü-gündən bir-birindən yapışan insanların kədərli həyatına bənzəyir. Bəli, qum həyat üçün elə də yararlı deyil. Lakin sarsılmazlıq həyat üçün beləmi mütləq vacib şərtdir? Məgər iyrənc rəqabətçilik möhkəmliyini, sarsılmazlığını təsdiq elətdirməyə çalışmaq uğrunda mübarizədən doğmurmu? Əgər möhkəmliyini bir kənara atıb, özünü qumun hərəkətinə tabe etsən, onda rəqabət də qurtarar. Axı səhrada da güllər bitir, həşəratlar və heyvanlar yaşayır.
Kamil Kamillisitat gətirir2 il öncə
Və təəccüblü də deyil, axı müəllimlər paxıllıqla zəhərlənən özünəməxsus həyat tərzi keçirirlər…

İlbəil onların gözü qarşısından çay suları kimi şagirdlər axır və uzaqlaşırlar, müəllimlər isə daşlar kimi bu axının dibində qalmağa məhkumdurlar. Onlar başqalarına arzular barədə danışa bilirlər, lakin özləri, hətta yuxuda belə heç nəyə ümid bəsləyə bilmirlər. Onlar özlərini dəyərsiz şey hesab edir və mazoxist yalqızlığa düçar olur, ya da purist olur, başqalarına şübhə ilə yanaşır, onları orijinallıq etməkdə günahlandırırlar. Onlar azadlıq üçün elə darıxıblar ki, azadlığa nifrət etməyə bilmirlər.

Təəssüratlar

Sadiq Bagirovtəəssüratları paylaş18 gün öncə
👍Tövsiyə edirəm
🐼Rəhmli

  • Kobo Abe
    Qumluqdakı qadın
    • 340
    • 98
    • 8
    • 18
    Kitablar
  • chilanayjafarliitəəssüratları paylaş2 il öncə
    🔮Müdrik kitabdır
    👍Tövsiyə edirəm

  • Kobo Abe
    Qumluqdakı qadın
    • 340
    • 98
    • 8
    • 18
    Kitablar
  • fb2epub
    Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl