Roman böcək kolleksioneri olan müəllimin uzaq bir dənizkənarı qəribə kəndə getməsiylə başlayır. Kəndin qəribəliyi qumla örtülü olmasındadır.
Romanın qəhrəmanı kənddə azınca, bir məngənəyə düşər. Belə ki, bir evin içində onu naməlum qadınla dustaq edirlər. Hər iki qəhrəman evdən xilas olmaq yollarının axtarışındadır. lakin onlarda heç nə alınmır və onlar bu vəziyyəti qəbullanmağa başlayırlar…