Paulo Koelho

Veronika ölməyə qərar verir

Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dər­man içərək intihar etmək istəyir. Bu qərarını o, iki cür əsas­landırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə mü­da­xilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika inti­har­dan başqa çıxış yolu görmür. Amma cəhdi uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır.
İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur.
Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur.
Səhər açılanda isə Veronika…
182 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

    Ayy Güntəəssüratları paylaş2 il öncə
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır
    💧Gözdən yaş gələnədək

    Fərqli, insan hisləri və cəmiyyətin insana təsiri ilə "fərqliləşdirilmiş" insanlar. İnsanın özü olmağdan qorxmasının ağır nəticələri və təsadüfün mövcüdluğundan çox İlahi ədalət 😄

    Sabinatəəssüratları paylaş5 il öncə
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır
    🚀Ayrılmaq olmur

    Yaxşı idi.Gözlənilməz sonluqları sevirəm.????????????????

    Sebnemtəəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Cox gozel...sadece cox gozel ve ne yaxsiki oxudum..

Sitatlar

    Vüsal Mirzeyevsitat gətirir6 il öncə
    Təəssüf ki, Allah, Yahova, Yaradan – ona nə ad ver­mə­nizdən asılı olmayaraq – bu gün dünyada mövcud deyildi. Çünki əgər olsaydı, onda o, şikayətlər, xa­hiş­lər, yalvarışlar, məhkəmə qərarları, ilkin istintaqlar için­də batıb qalar və qanunda heç bir əsası olmayan təsa­­düfi bir qaydanı – yaxşılıq və pislik bilgisi olan ağacın meyvəsindən yeməmək qaydasını – pozduğuna görə Adəm və Həvvanın cənnətdən qovulması qərarını verdiyi üçün saysız-hesabsız məhkəmələrdə özünə haqq qazandırmalı olardı
    Zaur MMsitat gətirir6 il öncə
    Ölüm şirin idi; o şərab dadı verir və onun saçlarını sı­ğallayırdı.
    Elmin Seyfəddinlisitat gətirir6 il öncə
    hər şeydən yorulmuşam, amma həm də hər şeyə öyrəşmişəm.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl