Salamono öz iti ilə darısqal bir otağa sığınıb uzun illər bir yerdə yaşadığından özü də itinə oxşamağa başlayıb. Özü qartmaq bağlayıb, saçları da seyrək, solğun; bircə qoturu çatışmır. İt isə sahibindən nümunə götürüb – belini bükür, boynunu qabağa uzadır, başını aşağı sallayır. Deyəsən, ikisi də bir cinsdəndi, amma di gəl bir-birinə nifrət edirlər. Gündə iki dəfə – saat 11-də və 6-da qoca iti gəzintiyə çıxarır.