Nobel ödüllü yazar (1957-ci il) Alber Kamyu 1913-cü ildə Əlcəzairin Mondovi şəhərində, muzdlu fəhlə ailəsində anadan olub. “Vəba” və “Süqut” romanları, “Yad” povesti, “Kaliqula”, “Anlaşılmazlıq”, “Mühasirə vəziyyəti”, “Ədalətlilər” pyesləri Alber Kamyuya dünya şöhrəti qazandırıb. Böyük yazıçı 1960-cı ildə avtomobil qəzasında həlak olub. Sovet məkanında A.Kamyunun yaradıcılığı ilə ilk dəfə olaraq 1960-cı illərdə tanış olmağa başlanılıb. Bu kitab Kamyunun Azərbaycan dilində çıxan ilk kitabıdır.