Insan xarakterinin zəiflikləri,ziddiyyətləri o qədər çılpaqca,incəliklərinə kimi təsvir edilmişdir ki,sanki Vanyanın yerində özünü təsəvvür edirsən.Baş verən hadisələrin fonunda yeni nəyi isə axtarmaq ehtiyacı yaranır,Knyaz Valkovski başqa formada təsvir edilmiş olsaydı hadisələrin axarı necə dəyişərdi,ya İxmenev,ya da başqa birisi.Ancaq bütövlükdə kin,nifrət,inad,mərhəmətlilik-hamısı, bunlar insana məxsusdur,xarakter tək özünə deyil,ətrafında olanlara da təsirini edir.Atılmış olan yanlış addım birdən çox həyatın istiqamətini dəyişə bilir.Oxuyacağınız roman deyil,həyatın özüdür.Vanya-hər birimizik,qalanları da gündəlik rastlaşdığımız insanlar,sadəcə biz Dostoyevski kimi onu qələmə ala bilmirik.Ətrafımızda yüzlərlə alçaldılmış və təhqir edilmiş insanlar var,hər gün rastlaşırıq bu həyatlarla...