Celal mir

Quotes

osipovamvhas quotedlast year
Cəmiyyətimizdə insanlar elə pozitiv şeylərə ümid edirlər ki, onların tam anlamda mümkünlüyü qeyri-realdır: xoşbəxt olmaq, sağlam olmaq, hamıdan yaxşı olmaq, ağılh, sürətli, varlı, cazibədar, daha məşhur, daha məhsuldar, daha çox paxıllıq və qibtə edilən olmaq istəyirlər. Mükəmməl və möhtəşəm ol, hər səhər yeməyində selfi çəkməyə hazır görünən həyat yoldaşını və iki uşağını öp. Sonra da helikopterle o möhtəşəm işinə get və

orada günlərini planeti xilas etmək kimi mənalı işlərə sərf et...

Ancaq dərindən fikirləşsəz, həmişə eşitdiyimiz nikbin və pozitiv özünüinkişaf mətnlərinin, ənənəvi məsləhətlərin sahib olmadığımız şeyləri inkişaf etdirməyə yönəldiyini görərsiz. Onlar bizə şəxsi qüsurlarımız və

uğursuzluqlarımız olaraq başa düşdüyümüz şeyləri təqdim edir. Pul qazanmağın ən yaxşı yolunu öyrənərsiz, çünki düşünümüz ki, kifayət qədər pulunuz yoxdur. Güzgünün qabağında durub gözəl olduğunuzu təkrarlayarsız, çünki gözəl olmadığınızı düşünür- süz. Şəxsi münasibət qurmaq haqqında məsləhətlərə qulaq asamız, çünki sevilmədiyinizi düşünümüz. Uğursuzluğunuza səbəb axtaranda axmaq-axmaq xəyallar qurumuz, çünki kifayət qədər uğur əldə eləmədiyinizi fikirləşimiz.
osipovamvhas quotedlast year
Gülməli tərəfi ondadır ki, müsbət, daha yaxşı, daha üstün olanı düşünmək bizə, sadəcə, heç kim olduğumuzu, sahib olmadıqla- nmızı, uğursuz olmasaydıq necə biri olacağımızı xatırlatmaqdan başqa bir işə

yaramır. Bütün bunlar bir yana, həqiqi xoşbəxt insan heç vaxt güzgünün qabağında durub öz-özünə necə xoşbəxt olduğunu təkrarlamaq ehtiyacı duymaz. Sadəcə, xoşbəxtliyini yaşayar, vəssalam.
osipovamvhas quotedlast year
exaslılann belə bir sözü var: “Ən çox hürən it, ən balaca itdir”.

Özünə inananlar heç vaxt bunu kiməsə sübut etməyə ehtiyac duymur.

Varlı bir qadın niyə bunu kiməsə hiss elətdirməyə çalışsın? Ya bu şeylərə

sahibsən, ya da deyilsən, bu qədər! Eyni şeyi nə qədər çox təkrarlasanız, şüuraltınızdakı reallığı bir o qədər gücləndirərsiz: yəni xəyalım qurduğunuz adam deyilsiniz.

İstər digər insanlar, istər reklamlar, fərqi yoxdur, hamı yaxşı bir işin, dözümlü bir maşının, gözəl sevgilinin, içində uşaqlar üçün havayla dolan ayrıca hovuzu olan isti hamamın yaxşı həyatın açan olduğuna inanmağınızı istəyirlər. Bütün dünya dayanmadan eyni şeyi təkrarlayır: daha yaxşı həyat üçün daha çox, çox, çox - çox al, çox şeyə sahib ol, çox istehsal et, çox seviş, hər şeyin ən çoxunu et. Hər şeyi özünüzə problem edəsiz deyə, daim hər tərəfdən mesajlar gəlir. Yeni televizor haqqında düşün. Tətilini iş yoldaşlanndati daha yaxşı keçirmək üçün çalış. Bağçaya yeni aksessuarlar al. Ən yaxşı selfi çubuğu səndə olsun.

Niyə? Məncə, düşünürsünüz ki, daha çox fikir etsəz işiniz yaxşı gedəcək.

İşlərin yaxşı getməyində, əlbəttə, problem yoxdur. Problem odur ki, bu qədər düşünmək psixologiyanızı korlaya bilər. Həmçinin də səthi və

saxta olan şeyə bağlanaraq həyatınızı xoşbəxtlik və məmnuniyyət haqqında xəyallan izləməyə həsr edərsiz. Xoşbəxt həyatın açan çoxu əldə

etməyə çalışmaq yox, aza qane olmağı bacarmaqdır. Sadəcə, yaşadığınız an real, təcili və vacib olan nədirsə, onu vecinizə alın.
fb2epub
Drag & drop your files (not more than 5 at once)