Celal mir

  • osipovamvhas quotedlast year
    Cəmiyyətimizdə insanlar elə pozitiv şeylərə ümid edirlər ki, onların tam anlamda mümkünlüyü qeyri-realdır: xoşbəxt olmaq, sağlam olmaq, hamıdan yaxşı olmaq, ağılh, sürətli, varlı, cazibədar, daha məşhur, daha məhsuldar, daha çox paxıllıq və qibtə edilən olmaq istəyirlər. Mükəmməl və möhtəşəm ol, hər səhər yeməyində selfi çəkməyə hazır görünən həyat yoldaşını və iki uşağını öp. Sonra da helikopterle o möhtəşəm işinə get və

    orada günlərini planeti xilas etmək kimi mənalı işlərə sərf et...

    Ancaq dərindən fikirləşsəz, həmişə eşitdiyimiz nikbin və pozitiv özünüinkişaf mətnlərinin, ənənəvi məsləhətlərin sahib olmadığımız şeyləri inkişaf etdirməyə yönəldiyini görərsiz. Onlar bizə şəxsi qüsurlarımız və

    uğursuzluqlarımız olaraq başa düşdüyümüz şeyləri təqdim edir. Pul qazanmağın ən yaxşı yolunu öyrənərsiz, çünki düşünümüz ki, kifayət qədər pulunuz yoxdur. Güzgünün qabağında durub gözəl olduğunuzu təkrarlayarsız, çünki gözəl olmadığınızı düşünür- süz. Şəxsi münasibət qurmaq haqqında məsləhətlərə qulaq asamız, çünki sevilmədiyinizi düşünümüz. Uğursuzluğunuza səbəb axtaranda axmaq-axmaq xəyallar qurumuz, çünki kifayət qədər uğur əldə eləmədiyinizi fikirləşimiz.
  • osipovamvhas quotedlast year
    Gülməli tərəfi ondadır ki, müsbət, daha yaxşı, daha üstün olanı düşünmək bizə, sadəcə, heç kim olduğumuzu, sahib olmadıqla- nmızı, uğursuz olmasaydıq necə biri olacağımızı xatırlatmaqdan başqa bir işə

    yaramır. Bütün bunlar bir yana, həqiqi xoşbəxt insan heç vaxt güzgünün qabağında durub öz-özünə necə xoşbəxt olduğunu təkrarlamaq ehtiyacı duymaz. Sadəcə, xoşbəxtliyini yaşayar, vəssalam.
  • osipovamvhas quotedlast year
    exaslılann belə bir sözü var: “Ən çox hürən it, ən balaca itdir”.

    Özünə inananlar heç vaxt bunu kiməsə sübut etməyə ehtiyac duymur.

    Varlı bir qadın niyə bunu kiməsə hiss elətdirməyə çalışsın? Ya bu şeylərə

    sahibsən, ya da deyilsən, bu qədər! Eyni şeyi nə qədər çox təkrarlasanız, şüuraltınızdakı reallığı bir o qədər gücləndirərsiz: yəni xəyalım qurduğunuz adam deyilsiniz.

    İstər digər insanlar, istər reklamlar, fərqi yoxdur, hamı yaxşı bir işin, dözümlü bir maşının, gözəl sevgilinin, içində uşaqlar üçün havayla dolan ayrıca hovuzu olan isti hamamın yaxşı həyatın açan olduğuna inanmağınızı istəyirlər. Bütün dünya dayanmadan eyni şeyi təkrarlayır: daha yaxşı həyat üçün daha çox, çox, çox - çox al, çox şeyə sahib ol, çox istehsal et, çox seviş, hər şeyin ən çoxunu et. Hər şeyi özünüzə problem edəsiz deyə, daim hər tərəfdən mesajlar gəlir. Yeni televizor haqqında düşün. Tətilini iş yoldaşlanndati daha yaxşı keçirmək üçün çalış. Bağçaya yeni aksessuarlar al. Ən yaxşı selfi çubuğu səndə olsun.

    Niyə? Məncə, düşünürsünüz ki, daha çox fikir etsəz işiniz yaxşı gedəcək.

    İşlərin yaxşı getməyində, əlbəttə, problem yoxdur. Problem odur ki, bu qədər düşünmək psixologiyanızı korlaya bilər. Həmçinin də səthi və

    saxta olan şeyə bağlanaraq həyatınızı xoşbəxtlik və məmnuniyyət haqqında xəyallan izləməyə həsr edərsiz. Xoşbəxt həyatın açan çoxu əldə

    etməyə çalışmaq yox, aza qane olmağı bacarmaqdır. Sadəcə, yaşadığınız an real, təcili və vacib olan nədirsə, onu vecinizə alın.
  • osipovamvhas quotedlast year
    Beyninizdə məkr dolu bir qəribəlik var və əgər icazə versəz sizi tamamilə dəli edər. Gəlin görək aşağıdakılar sizə tanışdırım: Biriylə hansısa məsələdə qarşı-qarşıya gəlmək sizi narahat edir. Hətta əliniz, ayağınız bağlanır və nəyə görə narahat olduğunuzu düşünməyə

    başlayırsız. İndi də bu narahatlığa görə narahat olursuz. Ey, olmadı ki!

    İkiqat narahatlıq! Hansısa bir problemə görə narahat olmağınıza görə

    narahatlıq keçirməyiniz, narahatlığınızı daha da artırar. Tez olun, viskim harda qaldı?

    Yaxud da deyək ki, əsəb probleminiz var. Mənasız və axmaq şeylərə

    görə tez özünüzdən çıxırsız və səbəbini də bilmirsiz ki, niyə? Reallıq belədir ki, tez özünüzdən çıxmağınız, sizi daha da əsəbiləşdirir.

    Hiddətlənəndə başa düşürsüz ki, əsəbiləşmək sizi həmişə bəsit, kobud bir adama çevirir və buna nifrət edirsiz. Nifrətiniz o qədər artır ki, özünüzə

    əsəbiləşirsiniz. İndi özünüzə bir nəzər salm: tez hiddətləndiyinizə

    əsəbiləşdiyiniz üçün özünüzə əsəbiləşirsiniz... Gəl indi sir-sifətini yumruqla dağıdacağam.

    Bəzən də həmişə doğru davranmaq üçün o qədər narahatlıq ke- çirirsiz ki, indi də özünüzü bu qədər narahat hiss etdiyiniz üçün narahat olmağa başlayırsız. Ya da hər səhvinizə görə özünüzü o qədər günahkar hiss edirsiz və bu qədər günahı üstləndikcə günahkarlığınız daimi hal almağa başlayır.

    Yaxud da bəzən kədərlənib tək qalırsınız və bu haqda o qədər düşünürsünüz ki, bu sizi daha da kədərli və tənha edir.

    Cəhənnəmdən gələn rəylərə xoş gəlmisiz. Böyük ehtimalla bütün bunları bir-neçə dəfə yaşamısınız. Hətta bəlkə indi də yaşayır- sız: “Tannm, bu cəhənnəm əzabını həmişə yaşayıram, buna görə də həmişə itirirəm.

    Bunu dayandırmalıyam. Tannm, həmişə belə hesab eləmişəm deyə, indi özümü necə də uğursuz hiss edirəm, özümü uğursuz adlandırmağı dayandırmalıyam. Yenə eyni şeyi etdim. Gö- rürsüz? Mən itirməyə

    məhkumam! Ah!”
  • osipovamvhas quotedlast year
    Sakitləş, amigo!1 İstər inan, istər inanma, amma insan olmağın gözəlliyi bundadır. Dünyada çox az heyvan real nəyisə düşünə bilir, ancaq biz insanlar düşüncələrimiz haqqında da düşünə bilmək qabiliyyətinə

    sahibik. Məsələn, Youtube-də Mayii Sayrusun videolarını izləməyi fikrimdən keçirə bilərəm və dərhal onu buradan izləməyin necə pozğun bir şey olduğu ağlıma gələ bilər. Aha, şüurlu varlıq olmağın lüksü!

    Problem budur: bu gün cəmiyyətimiz istehlakçı mədəniyyəti və “ey bax mənim həyatım səninkindən daha əladır” kimi paylaşımlara dolu olan sosial media bütöv bir nəsli inandırmağa çalışır ki, narahatlıq, qorxu, günahkarlıq kimi neqativ hissləri duymaq yaxşı bir şey deyil. Məsələn, Facebook-da baxsanız hamının mükəmməl yaşadığını görərsiniz. Bax bu həftə səkkiz adam evləndi! Televizorda on altı yaşı tamam olan bir uşağa doğum günündə maşın hədiyyə olundu. Başqa bir uşaq da
  • osipovamvhas quotedlast year
    tualet kağızını qurtaranda avtomatik yenisini çatdıran mobil tətbiq hazırladığı üçün iki milyard dollar qazandı.

    Bu vaxt siz də evdə oturub masturbasiya edirsiz və özünüzdən asılı olmadan həyatınızın düşündüyünüzdən də bərbad olduğunu fikirləşirsiniz.

    Cəhənnəmdən gələn rəylər epidemiya kimi çoxumuzu daha stressli, daha əsəbi edib və özümüzə»nifrəti artırır.

    Keçmişdə babam özünü pox kimi hiss edəndə belə deyərdi: “Əla, bu gün özümü inək peyini kimi hiss edirəm. Amma dayan e, həyat həmişə

    belədi də. Yaxşısı, samanları kürəyim”.

    Bəs indi? Hətta bir-iki dəqiqəlik belə, özünüzü pox kimi hiss etsəz, o dəqiqə çox xoşbəxt və mükəmməl həyat yaşayan insanların 350 şəkli ilə

    özünüzü topa tutursuz. Belədə problemin özünüzdə olduğunu hiss etməməyiniz mümkün deyil.

    Problemi yaradan da elə bu axınncı dediyimdir, özümüzü pis hiss etdiyimiz üçün əhvalımız korlanır, özümüzü günahkar hiss etdiyimiz üçün günahla yüklənirik. Əsəbiləşdiyimiz üçün əsəbiləşirik.

    1 Amigo - ispanca “dost” deməkdir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)