Alan ve Barbara Piz

  • Şafa Azizhas quoted2 years ago
    MRT (Maqnetik Rezonans Tomoqrafiya)
  • Şafa Azizhas quoted2 years ago
    Məsələn, baş qaşımağın müxtəlif səbəbləri ola bilər; adam başını tərləyəndə, kəpək çox olanda, başına bit düşəndə, həm də nəyisə unudanda, nəyəsə arxayın olmayanda, qə­rar­sızlıqdan əziyyət çəkəndə, ya da yalan danışanda qa­şıyır. Bu qaşınmanın əsl səbəbini o biri jestlərə də diqqət etsəniz, tapa bilərsiz.
  • Şafa Azizhas quoted2 years ago
    Tənqidi yanaşmanın əsas göstəricisi əl-üz jestidir: şə­hadət barmaq yanağı göstərir, baş barmaq çənəyə dayaq durur, o biri barmaqlar ağzı “bağlayır”. Bu insanın eşitdiklərilə razılaşmadığını dəqiqləşdirmək istəyirsizsə, aşağı baxın. Ayaqlar bir-birinin üstə aşırılıbsa, o biri qol bədəni örtürsə (müdafiə), baş aşağıdırsa (neqativ/düşmən) cümlə təxminən belədir: “Sizinlə razı deyiləm”, ya da “Sualınız heç xoşuma gəlmədi”, yaxud “Mən öz neqativ hisslərimi gizlətməyə çalışıram”.
  • Şafa Azizhas quoted2 years ago
    Bütün jestlərə kontekstə uyğun baxılmalıdır. Məsələn, əgər biri qollarını sinəsində çarpazlayıb, ayaqlarını bir-birinin üstünə aşırıb, başını da aşağı sallayıbsa və siz bu adamı soyuq bir gündə, avtobus dayanacağında görürsünüzsə, onun kimdənsə deyil, soyuqdan müdafiə olunduğunu anlayacaqsız. Yox, əgər bu adam sizin qarşınızda əyləşibsə və siz ona məhsul, ya da xidmət təklif edirsizsə, özünüzü yormayın, bu adam sizin təklifinizi rədd etmək niyyətindədir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)