Bu kitabdan sitatlar: «Səhra çiçəyi», Varis Dirie

Sahile
Sahilesitat gətirir3 il öncə
İnsan həyat yolu ilə addımlayarkən tufanlardan keçəndə də, günəşin şəfəqlərindən həzz alanda da, burulğanın düz ortasında dayananda da onun nicatı məhz iradəsindən asılıdır.
Hər iki həyatı – sadə və sürətli həyatı yaşadığım üçün məmnunam.
Yaşayırsansa, deməli, yaxşısan.
alizade_
alizade_sitat gətirir2 il öncə
xoşbəxtlik nəyəsə sahib olmaq hissi deyil, çünki mənim heç vaxt heç nəyim olmamışdı, amma çox xoşbəxt idim.
Kölgəm qərbə düşürsə, deməli, səhərdir, düz altıma düşürsə, günortadır, qarşıma keçirsə, deməli, günortadan keçib. Axşama doğru kölgəm də uzanırdı – bu, qaranlıq düşməmiş evə qayıtmalı olduğuma işarə idi.
Həmişə həyatımızı “inşallah fəlsəfəsi” idarə edirdi. Həyat Allahın bizə verdiyi bəxşişdir və ölüm onun əlindədir, biz bəndələrin isə Onun işinə qarışmağa haqqı yoxdur.
Testesteronun belə davamlı coşqunluğu olmasa, heç bir müharibə, heç bir qətl, heç bir zorlama və oğurluq da olmaz.
“Ağacdan başıaşağı sallanıb yellənmək istəyirəm!”
lavinya.
lavinya.sitat gətirir6 ay öncə
Anam olduqca güclü, çox güclü qadındır. Yaşadıqlarına rəğmən onun bir dəfə də olsun şikayətləndiyini eşitməmişəm. Onun heç vaxt “cana yığılmışam”, yaxud da “artıq bunu etmək istəmirəm” dediyi yadıma gəlmir. Mama, adətən, sakit və dəmir kimi möhkəm idi.
lavinya.
lavinya.sitat gətirir6 ay öncə
Nəyinsə olmayanda onun əsl dəyərini bilirsən və bizim heç nəyimiz olmadığından hər şeyə çox önəm verirdik, dəyərləndirirdik.
lavinya.
lavinya.sitat gətirir6 ay öncə
Dünyanın bir tərəfində insanlar aclıqdan, başqa bir tərəfində isə toxluqdan əziyyət çəkirlər, arıqlamaq üçün pul xərcləyirlər…
Başa düşəndə ki, şir məni yeməyəcək, rahatlaşmadım, çünki heç qorxmamışdım. Artıq ölməyə hazır idim. Lakin, görünür, həmişə ən yaxın sirdaşım olan Allahın məni sağ saxlamaqda başqa nəsə planı var idi.
Həyatda həyatın özündən başqa daha dəyərli olan yeganə nemət sağlamlıqdır.
alizade_
alizade_sitat gətirir2 il öncə
Qadınlar qızmar günün altında dayanan heyvan deyillər və onların sədaqəti inam və sevgi ilə qazanılmalıdır, vəhşi ənənələrlə yox
Valideynlər qocalanda övladlar onların qayğısına qalacaqlarından uşaqları özlərinin qocalan vaxtı alacaqları təqaüd kimi görürdülər.
Oğluma həyat vermək mənə həyatı, həyatın mənasını anlatdı.
lavinya.
lavinya.sitat gətirir6 ay öncə
Qadınlar qızmar günün altında dayanan heyvan deyillər və onların sədaqəti inam və sevgi ilə qazanılmalıdır, vəhşi ənənələrlə yox.
lavinya.
lavinya.sitat gətirir6 ay öncə
Bu gün də kiçik şeylərin qədrini bilirəm. Hər gün möhtəşəm evləri, bəzən bir neçə evi, maşınları, qayıqları, daş-qaşları olan neçə adamla rastlaşıram. Sanki növbəti dəfə aldıqları əşya, nəhayət ki, onlara xoşbəxtlik və rahatlıq nəsib edəcək. Amma məni xoşbəxt etmək üçün brilyant qaşlı üzüyə ehtiyacım yoxdur. Mənə deyirlər ki, indi istədiyin hər bir şeyi almağa imkanın çatır deyə belə demək sənə asan gəlir. Lakin mən, doğrudan da, heç nə istəmirəm. Həyatda həyatın özündən başqa daha dəyərli olan yeganə nemət sağlamlıqdır. Lakin insanlar bütün mənasız şeylər üçün narahatlıq keçirərək öz qiymətli sağlamlıqlarını korlayırlar – “Oh, bax yenə işıq pulu gəldi, qaz pulu da gəldi, xərclər getdikcə artır… onların hamısını necə ödəyəcəyəm?” ABŞ dünyanın ən varlı ölkəsidir, lakin yenə də bu ölkənin vətəndaşları özlərini kasıb hesab edirlər!
lavinya.
lavinya.sitat gətirir6 ay öncə
Reallıq odur ki, mən bəxti gətirmiş insanam. Bəs aybaşı ağrıları ilə güclə ayaqda qalmağa çalışaraq öz keçilərini sulamaq üçün millərlə yol getməyə məcbur olan səhra qızları necə olsun? Bəs hər doğuşdan sonra vaginası əri üçün dar olsun deyə yenidən paltar kimi tikilən qadınlar? Yaxud doqquzaylıq hamilə ikən evdə acından ölən digər on bir övladı üçün səhrada yemək axtarışına çıxan analar necə? Bəs ilk övladının doğuşuna hazırlaşan vaginası sıx tikilmiş qadının sonrakı vəziyyəti? Anam kimi tək-tənha səhraya çəkilib yanında heç kim olmadan doğan qadınların aqibəti necə?
Dünyanın bir tərəfində insanlar aclıqdan, başqa bir tərəfində isə toxluqdan əziyyət çəkirlər, arıqlamaq üçün pul xərcləyirlər…
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl