Dirilmə, Lev Tolstoy
Kitablar
Lev Tolstoy

Dirilmə

Oxu
608 kağız səhifələr
  • 👍1
  • 🎯1
  • 💞1
Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların
həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü
çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu
kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir.
Əgər «Hərb və Sülh» romanında Tolstoy «xalq fikrini», «Anna
Karenina»da «ailə fikrini» əsas götürmüşdüsə, «Dirilmə»də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda
təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin
yaratmış olduğu həyatla bağlanılır.
Təəssürat
Rəfə
  • 👍Tövsiyə edirəm1
  • 🎯Faydalı kitabdır1
  • 💞Romantik kitabdır1
Giriş və ya qeydiyyat
Türkeş
Türkeştəəssüratları paylaş8 ay öncə

Əsəri tam oxumadım, şərh bildirə bilmərəm. Amma çox yaxşı tərcümə olunmayıb. Oxumaq olmur, tərcüməçi səhvlərini aşkar elədikcə əsər gücünü itirir, yaxşısı orijinalın oxumaqdır)

Xuraman Memmedova
Xuraman Memmedovatəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır
💞Romantik kitabdır

Onun vəzifəsindəki ziddiyyət bundan ibarət idi ki, bu vəzifədə olan adam, zorakılıq da daxil olmaqla, xarici vasitələrlə kilsəyə kömək göstərib onu müdafiə etməli idi. Halbuki kilsənin özünün öyrətdiyinə görə, onu Allah bərqərar etmişdi, ona həm cəhənnəm qapıları üstün gələ bilməzdi, həm də insan heç bir vəchlə onu məğlub edə bilməzdi. Heç bir şeylə məğlub edilməyən bu ilahi müəssisəyə isə öz çinovnikləri ilə birlikdə Toporovun başçılıq etdiyi, insanlar tərəfindən qurulmuş idarə kömək göstərib, onun müdafiəsinə qalxmalı idi. Toporov bu ziddiyyəti görmürdü və ya onu görmək istəmirdi, odur ki, cəhənnəm qapılarının məğlub edə bilmədiyi kilsəni hər hansı bir katolik keşişin, pastorun və ya təriqətçinin dağıtmamasının ciddi surətdə qeydinə qalırdı. Əsas dindarlıq hissindən, insanların bərabərliyi və qardaşlığını dərk etməkdən məhrum edilmiş bütün adamlar kimi, Toporov da möhkəm yəqin eləmişdi ki, xalq onun özünə oxşamayan tamamilə başqa şəxslərdən ibarətdir və xalq üçün zəruri hesab etdiyi şey olmadan da, o özü çox yaxşı dolana bilərdi. O özü qəlbinin dərinliyində heç nəyə inanmırdı, belə bir vəziyyəti çox münasib və xoş hesab etsə də, xalqın da bu vəziyyətə gəlib çatacağından qorxduğu üçün, özünün dediyinə görə, onu bundan xilas etməyi öz müqəddəs borcu bilirdi.
Bu aşpazlıq kitabında deyilir ki, xərçənglər diri-diri qaynar suda bişirilməyi xoşlayır. Həmin ifadə kitabda məcazi mənada işlədilmiş olduğu halda, Toporov bunu məcazi mənada deyil, açıqdan-açığa yəqin eləmişdi və həmişə belə düşünür, deyirdi ki, xalq mövhumatı sevir.
O müdafiə etdiyi dinə toyuqçunun öz toyuqlarına verdiyi çürüntüyə bəslədiyi münasibət kimi bir münasibət bəsləyirdi: çürüntü çox iyrənc olsa da, toyuqlar onu sevə-sevə yeyirlər, buna görə də onlara cəmdək yedirtmək lazımdır.
Sizdən kimin günahı yoxdursa, qoy qadına daşı birinci o atsın

ne geder hagli

roma
romasitat gətirir3 il öncə
Nexlyudov düşünürdü: «Bütün həyatın ağası biz olduğumuza, həyatın bizim zövq almağımız üçün yaradıldığına axmaqcasına inanaraq, biz də bunun eynisini edirik. Ancaq aydındır ki, bu, axmaq işdir. Əgər biz bu dünyaya gəlmişiksə, demək, kiminsə iradəsi ilə və nə üçünsə göndərilmişik. Ancaq biz bu qərara gəlmişik ki, öz sevincimiz üçün yaşayırıq və aydındır ki, öz sahibkarının iradəsinə əməl etməyən fəhlə kimi, biz də özümüzü pis hiss edəcəyik. Sahibkarın iradəsi isə bu ehkamlarda ifadə edilmişdir. Əgər insanlar bu ehkamlara əməl etsələr, o zaman yer üzündə ilahi səltənət bərqərar olar və adamlar onlara müyəssər olan nemətdən daha böyük nemət alarlar.
İlahi səltənəti və onun həqiqətlərini axtarın, o zaman qalan şeylər sizə müyəssər olar. Ancaq biz əvvəlcə qalan şeyləri axtarırıq və aydındır ki, onu tapmırıq.
Demək, mənim həyat məqsədim budur, işin biri qurtarmamış o biri başlayır».
Azərbaycanca kitablar, Nur
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 346
  • 130
Rom, roma
roma
Rom
  • 19
  • 7
Nil , Xuraman Memmedova
Xuraman Memmedova
Nil
  • 298
  • 3
Yeni, Мисс Миндоккузюзёдди
Мисс Миндоккузюзёдди
Yeni
  • 18
  • 3
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl