Bu kitabdan sitatlar: «Kömək edin, bağışlayın», Frederik Beqbeder

Ali Alizada
Ali Alizadasitat gətirir2 il öncə
Düşünürsən ki, aşiq olmusan, ancaq əslində sən “Guess” firmasının reklam kampaniyasının təsiri altına düşmüsən
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
İndividualizm adlandırdığımız şeyi mən uzun illər azadlıq kimi qavramışam. Ancaq indi bilirəm ki, azadlıq plazma ekranın qarşısındakı gücsüz tənhalığa, vanna otağında parlaq aynalarla intihara gətirib çıxarır. Azadlıq, hansı azadlıq? Azadlıq öz əksinə baxıb onanizmlə məşğul olmaqdı? Heç kimdən asılı olmamaqdı? Bu azadlığı biz çox yüksək qiymətləndirmişik. Azadlıq — növbəti yalandı, xülyadı, utopiyadı! İndividualizm nədir axı — maarifçilik fəlsəfəsinin böyük uğuru yoxsa insanlıq tarixində narsis tənhalığın meydana gəlməsi?
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
Bazar günü. Bircə istək var: bu ölkədən rədd olub getmək.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 ay öncə
Nabokov deyirdi ki, təxəyyül yaddaşın bir formasıdır. Fərz edək ki, mən bütün hekayəmi uydurmuşam, onda belə çıxır ki, mən sadəcə olaraq, öz xatirələrimi təhrif etmişəm.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 ay öncə
. O, sentemental bir zalımdı. O, necə deyərlər, məhəbbətin özünə aşiqdir. Yəni o, insana yox, pozaya, jestə, prinsipə aşiq olurdu. Belələri dünyanın ən pis pozğunlarıdılar, onlar özlərinin namuslu olduqlarına əmindilər, ancaq ideyanı insandan üstün tuturlar. Bu film kimi gözəl uşaq məhəbbəti yalnız ağrı və xəyal qırıqlığı yaradır və izsiz ötüşmür. İlk iki həftə, lap ay, lap üç ay hər şey əla gedir, ancaq ayılma dəhşətli olur
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 ay öncə
Sizin etibarınız məni qürurlandırır, çalışaram ki, bu etibarı doğruldam. Sizin yanınıza ona görə gəldim ki, dəyişmək istəyirəm. Mən öz-özümü təkzib etmişəm. Özümə hədsiz dərəcədə nifrət edirəm. Yeknəsəklik problemi, öz “mən”-inin axtarışları və buna bənzər bir sürü cəfəngiyat. Mənə həmişə elə gəlib ki, bunlar sadəcə, boş sözlərdi. Ancaq mən öz üzərimdə çalışıram. Hələ Parisdə olanda gecələr kilsələrin ətrafında dolaşmaq kimi bir maniya yaranmışdı məndə. Biz elə sizinlə də qışda belə görüşmüşdük, xatirinizdədimi? Hər dəfə Parisə qayıdanda mən lazımi miqdarda müqəddəs su axtarışında Noterdama, Sen-Sülpisə, müqəddəs Fome Akvinskayaya sürünürdüm. Ancaq Yeddinci dairədəki Las-Kasas və Kazimir Perye küçələrinin tinində yerləşən Müqəddəs Klotilda bazilikası mənim sevimli sığınacağıma çevrildi.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 ay öncə
Cənablar, bizim məqsədimiz sadədir — biz elə etməliyik ki, üç milyard qadın özünü yalnız bir qadının obrazında və mislində görsün. Problem məhz bu qadını tapmaqdı.
Bəhlul Vəliyev
Bəhlul Vəliyevsitat gətirir3 il öncə
Tanya ilk işarəydi, mən bunu daha sonra, əhliətiqi oxuyandan sonra başa düşdüm. Minlərlə ordular, mələklər legionu da (peyğəmbər Danilin Kitabında min-min) mənə kömək edə bilməz. Ancaq mən hələ bilmirdim ki, şeytan artıq mənim qanadlarımı kəsib.
Bəhlul Vəliyev
Bəhlul Vəliyevsitat gətirir3 il öncə
İndi bütün qadınlar ilk baxışdan qəşəngdirlər. Çünki onların hamısı öz eyiblərini gizlətməyi öyrəniblər. Bizim işimiz rəngli linzaların, taxma kirpiklərin, qalın vurulmuş ənliklərin, arıq göstərən qara libasların, sıxan elastik kəmərlərin, Nyutona (Xelmuta deyil İsaaka) meydan oxuyan “Vanderbra” lifçiklərinin, liposaksiyaların, rinoplastikaların və on altı yaşlarından etibarən dodaqlarına vurdurduqları gialuron turşusunun ardında gizlənənləri görməkdən ibarətdir.
b0497577606
b0497577606sitat gətirir4 il öncə
8

Ertəsi gün acizanə xahişimi yerə salmayan Lena mənimlə Petrofa getməyə razılıq verdi. Onun həddən artıq tez razılaşması əslində qeyri-səmimilik əlamətiydi. Ancaq mən onda bunun fərqinə varmamışdım. Pyotr Velikiy mənim yerimdə olsaydı, nə əmr edərdi? Həmin dəqiqə onu şikəst etməyi əmr edərdi. Karser, ya da şallaq cəzası kəsərdi. Yaxud da mənim kimi onu özünün yay iqamətgahı olan Monplezirdəki kölgəli xiyabanın dərinliklərinə, tozağacıların və şam ağaclarının arasına çəkib aparardı. Buradan, ilk bahar yarpaqlarının arasından Kronştanta gedən buzqıran gəmiyə tamaşa etmək olardı. Mən, bu qayğısız qızcığazın heç vecinə də deyildim, bunu adi gözlə də görmək olardı. O yalnız finalist olmaq üçün ona kömək etməyimi istəyirdi, vəssalam. Ancaq ucsuz-bucaqsız səma altında Fin körfəzinin mənzərəsi, bəyaz günəş, mehriban buludlar və onun qırmızı kərpicdən olan yerli Trianon boyunca uşaq kimi gəzişməsi... Mənə elə gəlirdi ki, musiqiyə qulaq asıram. Belə görüntü qarşısında sözün əsl mənasında sınmışdım, əziz küre, axı neyləyim, mən estetəm. Bu ekspedisiyaya bir xeyli pul qoymuşam. İndisə bu balaca dik döşlü, incə belli, burnu fırtıqlı, herontofil qıza dəlicəsinə aşiq olmaqdan savayı özgə yolum qalmamışdı. Lena möcüzəli fəvvarənin şırnağına baş vuraraq oynaqlayırdı. Yağış yağdı, məni dərdə saldı. Ciyərlərim təmiz, şortəhər havayla dolurdu. Bu dəm yaxın zamanlarda Pasternakdan oxuduğum sətirlər yadıma düşdü:

“Qrud pod poçelui, kak pod rukomoynik!

Raskolış je duşu! Vsyo sevodnya vıpen.”72

Öpüşlərin hikmətindən
Qəlbim bulaqtək çağlayır.
Sən də gəl iç! Aç qəlbini!
Qoy od tutub alovlansın bu könül!

Nəhəng gül şəkilli fəvvarədən çilənən su onu başdan-ayağa islatmışdı. İslanmış kofta döş gilələrinə yapışmışdı, nazik parçanın altından onlar aydın sezilirdilər. Gilələrin çəhrayı rəngi dodağının rənginə düşürdü, alnısa çay kimi yuxarıdan aşağı axaraq döş təpəciklərinin arasına tökülən gur saçlarının altında itib-batmışdı... Onun ayağının altında yer də titrəyirdi və mən bu xaçaçuran palçığına qərq olmaq istəyirdim. Görəsən, harmoniyaya tərif vermək olar? Görünür mən nəhayət ki, üzərində Baltikyanı ərazinin yaz mənzərələri əks olunmuş açıqcanın tam hüquqlu surətinə çevrilmişdim.
Elə bil, mənim eybəcərliyimi və zəifliyimi bağışlamışdılar: mən artıq burada yad kimi görünmürdüm. Onun gözəlliyi mənim üzümə məsum bir dünyanın qapılarını açdı, sadəlövhlük həyatımı asanlaşdırdı, bu bir dəqiqəlik tənəffüs mənə stilnoksdan əldə edə bilmədiyim effekti bəxş etmişdi. Bəzən məqsədinə çatdığını duymaq üçün bircə an bəs edir. Siz nə vaxtsa bunu hiss etmisiniz? Olur ki, tərpənməyə qorxursan ki, birdən nəyisə qırarsan. Tanrı mənə əl uzatmışdı, hiss edirdim ki, hazıram. Firavanlıq — məhz o andı, çünki belə dəqiqələrdə nə keçmiş, nə də gələcək mövcud olmur. Sən də peyzaja çevrilirsən.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
— Bir gecə bəzən bir neçə ömür qədər uzun ola bilər.

— Bu qeyri-realdır.

— Reallıq darıxdırıcıdı
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
Dostoyevski əminiydi ki, gözəllik dünyanı xilas edəcək, birdən tərsinə oldu və o dünyanı məhv etdi?
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
İnsanlar arzulayır ki, məhəbbət bir az da uzun sürsün. Və ər-arvad cütlüyü yalnız intim meyl üzərində dayanmır. Sevəndə, hətta seks də daha gözəl olur. Qadınlarla belə top-top oynamaq olmaz. Axı, bəzən bağlılıq tədricən yaranır, sən düşünürsən ki, sevimli insanın sirrlərindən halisan, ancaq sonra görürsən ki, o anlaşılmazdı, bu daimi kəşflər və qarşılıqlı anlaşmadan doğan sevinc insanın qəlbində hisslərin daimiliyinə dair bir duyğu oyadır. Ancaq hər axşam bir cinsi yetişkənliyə çatmış təcrübəsiz bədəni digəriylə əvəzləməksə sadəcə olaraq, həzz uğrunda gedən axmaq bir yarışdı. Və bu hər keçən gün bir az da hiss olunmaz və qeyri-real hala gəlir... Bu cinayətə aparan yoldu. İnsanı cinayətkara çevirən ailə həyatı deyil, məhz bu həzz dalınca qaçmaqdı. İnsanın ona əziz, yaxın bir ürəklə müştərək nə isə qurub-yaratmağa ehtiyacı var...
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
Mən səni sevə-sevə məhv edəcəyəm.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
1991-ci ildə yalnız Sovet Sosialist Respublikaları İttifaqı yox, həmdə insanların inamları də dəfn olundu. Kommunizmin süqutu anqajirliyin mövcudluğunu bütün sahələrdə — istər siyasətdə, istərsə də şəxsi həyatda mümkünsüz hala gətirdi. Bu çökmə nəinki Rusiyaya, həm də bütün dünyaya təsir etdi. Gedonizm — ümidini itirmiş insanların ideologiyasıdır. Bütün xəyallar artıq bizim üçün qadağandı. Qloballaşma bizi itaətkar və ümidsiz texnologiya istifadəçisinə çevirib. Məhəbbət başqa arzular kimi (dövriyyəli kreditləri çıxmaqla) qadağan olunmuş arzuya çevrilib. XXI əsr lirizmin rişğəndlərindən heç vaxt yaxa qurtara bilməyəcək.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
Böyük ehtimalla ot kimi, unudulmuş və atılmış halda böyüyəcək uşağı dünyaya gətirmək qərarında insanpərvərlik, yoxsa eqoizm daha çoxdur?
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
Bu gün mən bir jurnalda rejissor Piter Ustinovun bir deyimini oxudum: “Valideyn — övladların öz dişlərini itilədiyi sümükdür
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirirkeçən ay
Mən sevmişəm, məni də seviblər, ancaq bunlar

heç vaxt zaman etibarilə üst-üstə düşməyib.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 ay öncə
Puşkin ölür və onun vəfatı elan olunur. Evin girişində dayanan qoca bir kişi hönkür-hönkür ağlamağa başlayır. Ondan soruşurlar: “Siz qohumusunuz?” — “Yox, mən Rusam”, — deyə kişi cavab verir.

Bax, məhz buna görə mən Peterburqu Moskvadan üstün tuturam: burada hazır gələn pullara və gözəl qadınlara olan maraq, mədəni əzəmət və tarixi iftixarla bir o qədər də qabarıq görünmür. Bura dayandırılmış saatlar və stopkadrda donub qalmış mənzillər və bir tikəsi də atılmayan boyat qara çörək şəhəridir. Keçmiş bir qayda olaraq, suyun üzünə qalxır və bütün əzəmətiylə müasirliyi aşağı sürükləyir. Moskvadasa keçmişi unutmağa çalışırlar, düşünürlər ki, keçmiş gələcəyi inkişafdan saxlayır. Sankt-Peterburqda keçmiş gələcək üçün bir zəmindi.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 ay öncə
Ruslar mənim beynim kimidilər: onlar yalnız yaxşı xatirələri yadda saxlayırlar.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl