Patrik Modiano

Sənin məhəllədə itməməyin üçün

Bu roman, ünvan kitabçasını itirmiş bir yazıçı olan Jan Daraqanın hekayətidir. O, kitabçanı tapmış olduğunu söyləyən Gill Ottolini ilə tanış olur. Görüş zamanı, Gill, ünvan kitabçasında adı çəkilən bir şəxsdən söz açır. O, əvvəldən haqqında təhqiqat apardığı bu adam barəsində Jandan məlumat istəyir, lakin yazıçı yadında heç nə qalmadığını söyləyir. Gill və rəfiqəsi Şantal Grippay ona “Dosye”nin fotosurətini verirlər. Onu oxuyarkən, Jan, Anni Astrandın adına rast gəlir. Bu onu, indiyə qədər unutduğu, uzun xatirələr zəncirinə dalmağa sövq edir…
99 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Ceyhun Cəfərlitəəssüratları paylaş2 il öncə
    👍Tövsiyə edirəm

    O öz yarıyuxulu vəziyyətində çox uzaqdan Anninin səsini eşitdi və yalnız hökm oxunduqdan sonra başa düşdü:.. “S Ə N İ N M Ə H Ə L L Ə D Ə İ T M Ə M Ə Y İ N Ü Ç Ü N...” Yuxudan ayıldıqdan sonra, bu otaqda, o anladı ki, küçəni keçmək üçün ona on beş il lazım gəldi.

    Çingiz Alxaslıtəəssüratları paylaş3 ay öncə

    Ardı premium oldu🥲

    Nizami Əlisoytəəssüratları paylaş5 il öncə
    👎Tövsiyə etmirəm

    Bəyənmədim.

Sitatlar

    Bəhlul Vəliyevsitat gətirir5 il öncə
    O bir anlığa bu cazibədar yarpaqlara baxdı, yavaşca tərpənirdilər, elə bil ağac yuxuda nəfəs alır. Hə, bu ağac onun dostu idi, və o səkkiz yaşında bir qızın çap olunmuş şeir kitabçasını xatırladı: Ağac – mənim dostum. Həmin qıza paxıllığı tuturdu, çünki onunla eyni yaşda idi və həmin dövrdə öz şeirlərini yazmışdı. Bu nə zaman olmuşdu? Onun uşaqlıq illəri də elə Kolet Loranın öldürüldüyü 1951-ci il qədər köhnə idi.
    Bəhlul Vəliyevsitat gətirir5 il öncə
    Nə üçün heç həyatda mövcudluğunu belə bilmədiyin bir adama bir dəfə rast gəlirsən, bir daha görməyəcəksən və o səhnə arxasından sənin həyatında mühüm rol oynayır?
    Nizami Əlisoysitat gətirir5 il öncə
    Uşaq hafizəsində çox vaxt kiçik detallar heç nədən ayrılırlar.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl