Robin Şarma

Ferrarisini satan rahib

    Naz Rzadeh 🇦🇿⚜sitat gətirir6 il öncə
    “Həyat mənimçün balaca bir şam deyil. Bu, bir neçə dəqiqəlik əlimdə saxladığım bir məşəldir. Mən bu şamı gələcək nəsillərin əlinə verməzdən əvvəl daha gur yanmasını istəyirəm”.
    Karabakh TVsitat gətirir7 il öncə
    Keçmişinin əsiri olma, gələcəyinin memarı ol
    Karabakh TVsitat gətirir7 il öncə
    Əgər qalib gəlmək üçün inamımız varsa, qələbə bizdən üz çevirməyəcək.
    Karabakh TVsitat gətirir7 il öncə
    Məsələ bundadır ki, sən kitablardan nəsə götürmürsən, kitablar səndə nəsə üzə çıxarır. Kitablar təzə heç nə öyrətmir
    Karabakh TVsitat gətirir7 il öncə
    Son nəticədə başa düşdüm ki, həyat yalnız seçim deməkdir. Hər kəsin taleyi onun etdiyi seçimlərə görə bir-bir açılır
    Karabakh TVsitat gətirir7 il öncə
    Yoq Raman dedi ki, biz doğulanda bütün dünya sevinc içindəykən biz ağlayırıq. O təklif etdi ki, bu həyatı elə yaşayaq ki, biz həyatdan gedərkən – biz sevinc içində olarkən bütün dünya ağlasın.
    Karabakh TVsitat gətirir7 il öncə
    həyatda ən məhsuldar adamlar başqalarının etmək istəmədiyi işlərlə məşğul olanlardır – hətta xoşlamasalar belə.
    Karabakh TVsitat gətirir7 il öncə
    “Cavanlıq bilsəydi, qocalıq bacarsaydı”. Bu, həqiqətdir.
    Karabakh TVsitat gətirir7 il öncə
    Bir vaxtlar eşitmişdim ki, başqalarının həyatını öyrənənlər müdrikdir, özlərini öyrənənlər isə maarifçidir
    Karabakh TVsitat gətirir7 il öncə
    Yuxudan durandan az sonra sükuta qapıl. Sakit dur, gözünü harasa zillə. Sonra özünə sual ver ki, əgər bu gün həyatda son günüm olsaydı onda nə edərdim?
    Karabakh TVsitat gətirir7 il öncə
    Daxili dünyasını zənginləşdirmək istəyən hər bir kəs bir vərəq götürüb həyatda məqsədlərini yazmağa başlamalıdır. Bunu yazdıqları elə ilk anlarda xəyallarını həyata keçirmək üçün təbii yolları görə biləcəklər
    Karabakh TVsitat gətirir7 il öncə
    Bir də, Allah xatirinə, heç vaxt özünə başqa adamların fikrinə görə qiymət vermək kimi bir şeyə adət etmə. Yoq Raman deyirdi: “Hər dəfə başqalarının xəyallarını fikirləşsən, öz xəyalların haqda düşünmək vaxtını alırsan”.
    izsitat gətirir6 il öncə
    Eynşteyn də deyib ki, xəyallar bilikdən daha vacibdir.
    Mir Ismail Alisitat gətirir6 il öncə
    Həyatda heç bir səhv yoxdur, yalnız dərs var.
    Karabakh TVsitat gətirir7 il öncə
    Yuxarıda sənə demişdim ki, orta hesabla gün ərzində beynimizdən təxminən 60000 fikir keçiririk. Məqsəd və arzularını balaca bir vərəqə yazmaqla sən şüuruna qırmızı bayraq göndərmiş olursan, bu qırmızı bayraqla ona deyirsən ki, yerdə qalan 59999 fikrin içində həmin fikirlər daha vacibdir. Bundan sonra sənin beynin bir raket sürətilə həmin arzuları reallaşdırmaq üçün imkanları axtarmağa start verəcək
    Karabakh TVsitat gətirir7 il öncə
    Atam bu sözləri mənə deyəndə necə də haqlıymış: “Con, sən ölüm yatağında olarkən vaxtının çoxunu ofisdə keçirdiyinə görə təəssüf edəcəksən”.
    Karabakh TVsitat gətirir7 il öncə
    Amma o adamlar ki, “vaxta sahib olmaq həyata sahib olmaqdır” prinsipindən xəbərsizdirlər, onlar heç vaxt insanın sonsuz potensialını dərk etməyəcəklər. Vaxt qiymətli sərvətdir
    Karabakh TVsitat gətirir7 il öncə
    Xarakterini möhkəmləndirmək sənə özünü görməyinə və atacağın addımlara təsir edir. Etdiyin hərəkətlər hamısı bir yerdə sənin vərdişlərini formalaşdırır ki, bu da vacibdir. Sənin vərdişlərin də səni öz taleyinə aparır
    Karabakh TVsitat gətirir7 il öncə
    kitablar sənə içində olanı tapmaqda kömək edir. Bax, maariflənmə elə budur
    Karabakh TVsitat gətirir7 il öncə
    Dahi Amerikalı Benjamin Franklinin bioqrafiyası xoşuna gələcək. İnanıram ki, Mahatma Qandinin avtobioqrafik “Həqiqətlə mənim ­eksperimentlərimin hekayəsi” kitabı da sənə stimul verəcək. Məsləhət görürəm ki, Hermann Hessenin “Siddhartha” kitabını oxuyasan. Senecanın bəzi əsərlərini, filosof Markus Aureliusun əsərlərini oxumağın pis olmazdı. Hətta sən Napoleon Hillin “Düşün və varlan” kitabını da oxuya bilərsən. Mən bu kitabı keçən həftə oxudum. Fikirləşirəm ki, möhtəşəm bir kitabdır.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl