Bu kitabdan sitatlar: «Anna Frank Gundeliyi», Anna Frank

alizade_
alizade_sitat gətirirkeçən il
Əgər bütün insanlar hər axşam yatmazdan əvvəl gün ərzindəki əməllərini xatırlayıb, onların yaxşı və pisinə qiymət versəydilər, necə də xeyirxah və gözəl olardılar. Onda istər-istəməz gündən-günə yaxşılığa doğru gedib axırda nəsə əhəmiyyətli bir şeyə nail olacaqsan.
Bir-birinin dalınca bizim hüquqlarımızı məhdudlaşdıran qanunlar qəbul edilirdi. Yəhudilər sarı ulduz nişanı tax­­­malıydılar, velosipedlərini təhvil verməliydilər, tram­­­vaya, hətta şəxsi avtomobillərinə belə minə bil­məz­dilər. Yəhudilər dükanlara yalnız saat üçdən be­şə qədər girmə­li idilər və istisnasız olaraq yalnız yə­hudi bərbərlərin xidmətindən istifadə edə bilərdilər. Yəhudilər axşam saat səkkizdən səhər altıya qədər kü­­çədə görünə bilməzdilər. Onların teatr, kino və bu kimi digər yerlərə, həmçinin hovuz, idman zalla­rı­na, avarçəkməyə getməyi, ümumiyyətlə, ictimai yer­­də istənilən idman növüylə məşğul olmağı qada­ğanıydı. Axşam saat səkkizdən sonra yəhudilər şəx­si və ya tanışlarının bağlarında otura bilməzdilər. Xaç­pə­rəstlərə qonaq gedə bilməzdilər. Yalnız yəhudi mək­təblərində oxumağa icazə verilirdi. Beləcə, yeni qadağaları gözləyə-gözləyə yaşayırdıq. Cekki deyirdi: “Ağlımdan nəsə keçirməyə qorxuram, birdən bu da qadağan olar?
aum Korjavin və Aleksandra Yesenina-Volpina ki­mi şairləri) tezliklə həbs etdilər.
Artur Kestler qeyd edirdi ki, dünya ədəbiyyatı gənc qızlarda aybaşı kimi vacib mövzuların üstündən sükutla keçib. Rus nəsrində bir istisna var – gənc Pas­ternakın dahiyanə “Lyuversin uşaqlığı” povesti. Orada povestin qəhrəmanı olan qızın birdən-birə dünyanı və insanları necə dərk etdiyi göstərilir: onun böyüməsi – yaxınlarını özü üçün kəşf etməsidir.
Qeyd­lərin bu dərəcədə yerli-yataqlı olması başqa bir yaşlı qadının – Lidiya Qinzburqun “Blokada adamının qeydləri”ni xatırladır.
Əlbəttə, səhifəni tez doldurmaq naminə mənasız sözləri bir-birindən xeyli aralı yazmaqla məsələni həll etmək olar. Bunu hamı bacarar. Ancaq bax çərənçiliyin zəruriliyini inandırıcı şəkildə sübut etmək əsl məharət tə­ləb edir. Beləcə fikirləşdiyim yerdə birdən ağlıma əla bir ideya gəldi. Tezliklə üç səhifəlik inşa hazır ol­du. Yazıda mən sübut edirdim ki, çərənçilik qadın tə­­biətinin ayrılmaz xüsusiyyətidir. Az çərənləməyə cəhd etmək olar, amma bundan tamam yaxa qurtarmaq mümkün deyil. Axı mənim anam da danışqandır, mən bunu ondan öyrənmişəm, anadangəlmə xü­su­siyyətlərlə necə mübarizə aparasan?
Riyaziyyat müəllimi cənab Keyslinq dərsində çox laqqırtı vurduğuma görə xeyli müddətdir mənə acığı tuturdu. Xəbərdarlıqlar bir-birinin ardınca gəlirdi, axırda cərimə işi aldım: “Çərənçi” mövzusunda inşa.
dər­dini və problemlərini kağız üzərinə köçürəndən son­ra yüngülləşirsən.

“Kağız hər şeyə dözər”
Bu kitab 1947-ci ildə işıq üzü görür. Həmin vaxtlarda seksual mövzuda, xüsusən də bu kitab gənclərə ünvanlanmışdısa, açıq danışmaq qəbul olunmurdu. Məhz buna görə də gündəlikdəki bu səpkili qeydlər kitaba daxil edilməmişdi. Bütöv parçaların və müəyyən ifadələrin kitabda yer almamasının ən vacib səbəbi də bu idi ki, Otto Frank arvadının və sığınacaqda gizlənən digər yoldaşlarının xatirəsinə kölgə salmaq istəmirdi. Anna gündəliyini yaşının keçid dövründə (13–15 yaş arası) yazmışdı. Bu səbəbdən ətrafındakılara mü­na­si­bətini açıq və kəskin şəkildə bildirirdi.
Anna Frank həm özünün, həm yazıçılığı­nın, həm də öz gündəliyinin dəyərini çox erkən dərk edir. Diqqətəlayiqdir ki, Anna Frank özünün və ya­xın­­­larının gələcəyi ilə bağlı qorxularla dolu olsa da, gün­dəliyi üçün narahat olmur, sanki onun bir mö­cü­zə nəticəsində salamat qalacağını qabaqcadan bi­lir: Frankların həbsindən sonra sədaqətli dostlar son anda döşəmədə tökülüb qalmış kağızları xilas edirlər (belə bir möcüzə nəticəsində Harmsın həbsindən sonra onun əlyazmaları xilas olmuşdu; bəlkə, doğrudan da, tarix üçün lazım olan əlyazmalar yanmır?).
Bizim zəmanənin bədbəxtliyi – insan dəyərinin itirilməsidir
Dünən dəhşət qorxmuşam
Hitler intihardan qabaq vəsiyyət qoyub gedib. Son cümlədə o hər şeydən əvvəl vəsiyyət edir ki, onun hə­­­yat amalı – yəhudilərin məhv edilməsi işi başa çat­dırıl­sın
Pas­ternakın dahiyanə “Lyuversin uşaqlığı” povesti
Lidiya Qinzburqun “Blokada adamının qeydləri
Hər bir lətifənin məğzi əvvəlcədən bəlli olduğundan nəticədə hekayətçi axırda özü tək gülür.
İnsan çoxlarının sevimlisidirsə, amma ən azı bir nə­fə­rin “ən sevimli”si deyilsə, o, yenə də özünü tənha hiss eləyəcək!
Qandi yenidən yeməyə başlayıb.
Mübahisənin qızğın çağında qızaranlarsa, adətən, uduzurlar.
“Mən heç vaxt təvazökar olmağa can atmamışam. Həyasız adamların isə həyatda daha çox şeyə nail olduğunu kifayət qədər görmüşəm”.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl