Zona. Həbsxana nəzarətçisinin qeydləri, Sergey Dovlatov
Sergey Dovlatov

Zona. Həbsxana nəzarətçisinin qeydləri

Oxu
202 kağız səhifələr
“…Mən bütün işlərimdən qabaq gərək “Zona”nı nəşrə hazırlayardım. Axı mənim başabəla yazıçılığım məhz bundan başlayıb…”
“…Nəzarətçi kimi xidmətə başlayanda mən məhkumun simasında bir qurban görməyə hazır idim. Öz timsalımda isə – divantutan. Cəmisi bir həftədən sonra bütün xülyalarım heçə yuvarlandı. Mən qazamatla azadlıq arasında heyrətamiz oxşarlıq aşkar etdim… Qadağaların hər iki üzündən eyni dünya boylanırdı – vahid və insafsız…”
“…İdrakım alışdığı əndazədən çıxırdı. Özüm haqda üçüncü şəxs qismində düşünməyə başlayırdım… Ətrafda tükürpərdici vaqiələr baş verirdi. Adamlar heyvanlara çevrilirdi. Biz insan sifətini itirirdik – aclıqdan, alçalmaqdan, qorxu-iztirabdan… Mənim bədən üzvlərim təbdən düşmüşdü. İdrakımsa sarsılmaqdan qurtula bilmişdi… Aclıq, ağrı, xiffət – bütün bunlar yenilməz idrakımın əvəzsiz xammalına çevrilirdi…”
“…Əslində, mən artıq yazmağa başlamışdım. Mənim ədəbiyyatım – həyatımı tamamlayırdı. Belə bir tamamlama olmadan həyatım heç nəyə yaramazdı. Bütün bunları kağıza köçürmək qalırdı. Mən SÖZ axtarışına çıxmışdım…”
Təəssürat
Rəfə
Artıq oxumuşam

Bənzər kitablarHamısı

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

SitatlarHamısı

Həyat, yoldaş leytenant, arzunu üstələyir
b0497577606
b0497577606sitat gətirirkeçən il
Naşirə məktub — 11

30 may 1982-ci il. Nyu-York

Yosser yaxınlığındakı bir əhvalatı xatırlayıram...
SEVGİLİ MƏHKUM

Düşərgənin iki kilometrliyində kənd məktəbi yerləşirdi. Məktəbdə bir müəllimə işləyirdi — metal dişləri və gözündə ağ ləkəsi olan arıq qadın idi.
Zonadan məktəbin artırması görsənirdi.
İpə-sapa yatmayan Makeyev də elə həmin zonada girələnirdi. Zaman-zaman əldən düşən altmış yaşlı kişi idi.
Qısası, məhkum kənd müəlliməsinə vuruldu.
O, qadının üz cizgilərini görmək iqtidarında deyildi. Üstəlik heç yaşını da bilmirdi. Bir şey bəlli idi — qadındır, vəssalam. Köhnə dəbli donda olan kimsə...
Adı-soyadı İzolda Şukina idi. Hərçənd Makeyev bunu da bilmirdi.
Əslinə qalanda, heç onu görməmişdi də. Bircə onu bilirdi ki — qadındır. Və onun donlarının rəngini ayırd edirdi. İki donu var idi: yaşıl və qəhvəyi.
Səhər tezdən Makeyev barakın damına çıxıb orada eşələnirdi. Bir müddətdən sonra ucadan bəyan edirdi:
— Qəhvəyi!..
Bu o demək idi ki, İzolda su başına gedir...
Heç yadıma gəlmir ki, məhkumlar Makeyevi dolasınlar. Əksinə, onun hissləri dərin maraq doğururdu.
Makeyev hisslərini barakın divarına köçürmüşdü — çobanyastığı çiçəyi çəkmişdi. Parovoz təkəri boyda idi. Hər axşam Makeyev ləçəklərdən birini əsgi ilə yuyub-təmizləyirdi...
İzolda Şukina baş verənlərin fərqində idimi? Bəlli deyil. Böyük ehtimalla fərqində idi. Çünki o, artırmada yaman ləngiyir və su başına da tez-tez gedirdi.
Onların görüşü yalnız bircə dəfə gerçəkləşdi. Makeyev istehsalat zonasında işləyirdi. Bir dəfə onu əlahiddə sahəyə gətirdilər. İzolda isə qəsəbədən keçirdi. Onların yolları suvurma qülləsinin yaxınlığında kəsişirdi...
Bütün kolon addımlarını yavaşıtdı. Konvoylar narahat olmağa macal tapmamış məhkumlar işin nə yerdə olduğunu onlara anlatdılar.
İzolda donub-qalmış kolon boyu addımlayırdı. Onun metal dişləri işıldayırdı. Keçə çəkmələri palçığa batırdı.
Makeyev durduğu cərgədən qadına kiçik kağız bükülü tulladı. İzolda onu qaldırdı, açdı. İçində əldəqayırma plastik müştük vardı.
Qadın qətiyyətlə konvoy rəisinə sarı addımladı. Qısa toxunma şərfini çıxartdı və onu çavuş Boykoya uzatdı. O isə əlindəkini məhkumlardan birinə ötürdü. Əldən düşmüş düşərgə cır-cındırının yanında parlaq təsir bağışlayan atəşin əsgi parçası cərgədən-cərgəyə gəzdi. Gəzdi, dolaşdı... Ta Makeyevin cılız boynu ona sarılanacan...
Məhkumlar yollarına davam etdilər. Cərgələrin birindən kimsə mahnı oxumaq istədi:
Sevgini, ləçər, nəyə xərcləyirsən? Tək papirosu kiminlə çəkirsən?..
Amma onu yarımçıq kəsdilər. Vəziyyət — səssizliyə köklənməli idi...
Makeyev tez-tez dönüb geri boylanır və əlindəki şərfi başının üstündə dalğalandırırdı — ta zonaya çatanacan... Onun yatmağına on dörd il qalırdı...
Və onda bəlli olub ki, arzu edilən azadlıq — tanış mahnı nəqarətindən başqa bir şey deyilmiş...

Bənzər kitablarHamısı

Gənclik, Con Maksvell Kutzee
Con Maksvell Kutzee
Gənclik
Rüsvayçılıq, Con Maksvell Kutzee
Con Maksvell Kutzee
Rüsvayçılıq
Yeni Qahirə, Nəcib Məhfuz
Nəcib Məhfuz
Yeni Qahirə
Yol, Nəcib Məhfuz
Nəcib Məhfuz
Yol
Malular ailəsi, Jorj Simenon
Jorj Simenon
Malular ailəsi
Qizil dana, Yevgeni Petrov, İlya İlf
Yevgeni Petrov, İlya İlf
Qizil dana
Sözlər, Jean-Paul Sartre
Jean-Paul Sartre
Sözlər
Sallaqxana, Kurt Vonnegut
Kurt Vonnegut
Sallaqxana
Pan, Knut Hamsun
Knut Hamsun
Pan
Ehtiyatlı qatil, Ceyms Hedli Çeyz
Ceyms Hedli Çeyz
Ehtiyatlı qatil
Saatlari qurma institutu, Əhməd Həmdi Tanpınar
Əhməd Həmdi Tanpınar
Saatlari qurma institutu
Mayın yeddi günü, Fletçer Nibel, Çarlz Beyli
Fletçer Nibel, Çarlz Beyli
Mayın yeddi günü
Xar Tut, Natella Osmanli
Natella Osmanli
Xar Tut
Qorio ata. Roman, Onore de Balzak
Onore de Balzak
Qorio ata. Roman
Oyun, Cek London
Cek London
Oyun
Ferdidurka, Vitold Qambroviç
Vitold Qambroviç
Ferdidurka

RəflərdəHamısı

Azərbaycanca kitablar, Nur
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 342
  • 99
Прочитанные, Vusala Mammadova
Vusala Mammadova
Прочитанные
  • 123
  • 5
Davaydaaa day daaa, b3597146564
b3597146564
Davaydaaa day daaa
  • 20
  • 1
Dedektiv-Emin, Emin Seferov
Emin Seferov
Dedektiv-Emin
  • 20
  • 0
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl