Onların ortaq heç nəyi yoxdur.
Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən
bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan
ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında
yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir.
Uill hər zaman dəbdəbəli həyat yaşayıb.
Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində
keçib — indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə
əmindir…
“Səndən öncə mən” sevdiyiniz insanı sizin qəlbinizi
qırdığını bilə-bilə “onu necə xoşbəxt etməli?” sualına cavab
verən romantik romandır.