Corco Faletti

MƏN ÖLDÜRÜRƏM

Bu əsər son onilliyin ən məşhur italyan romanıdır. Kitab dükanlarında görünəndən iki il sonra iki milyon yarım tirajla satılıb, digər dillərə tərcümə olunanda isə başlanğıc tirajı yüz min nüsxəni keçib.
«Mən öldürürəm» romanında hər şey var — gərginlik və maraqlı süjet, kazino, «Formula-1» yarışları, Şubertin, Tom Uaytsın musiqiləri, Monte-Karlonun təkrarolunmaz gözəl mənzərələri… Hadisələrin mərkəzində isə özgə üzlərinin kolleksiyasını toplayan müəmmalı gecə qatili dayanır.
658 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    favorite bookstəəssüratları paylaş6 il öncə
    👍Tövsiyə edirəm

    Çoox qorxunc, tükürpedici yollarla cinayet töreden birinin izini tapmaq çox çetindi. Buna baxmayaraq gözden uzaq, heç agla gelmeyen qatil yene de tapılır.

    Moon Streamtəəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm
    💀Dəhşət
    🚀Ayrılmaq olmur

    Həyatımda oxuduğum ən möhtəşəm detektiv-polisiyyə və gərilim janrlı əsərdir. Əsər boyu anlaşılmaz duyğular içərisində olursan və əsər bitdikdən sonra təsirindən qurtula bilmirsən.
    Yazar hadisələrin baş verdiyi yerləri o qədər gözəl təsvir etmişdir ki, sanki o yerləri bir rəsmdə, ya da canlı izləyirmiş kimi hiss edirsən. Eləcə də, insanın daxili aləmi, psixologiyası, edəcəklərinin sərhədsiz olmasını gördükcə dəhşətə düşməmək mümkün deyil. Qatilin kimliyini əsərin sonunadək anlamaq mümkün olmur. Yazar həqiqətən dahiyanə şəxsdir.
    Qısacası, həyəcan dolu möhtəşəm bir əsərdir❤

    Cavid İsmayılzadətəəssüratları paylaş2 il öncə

    Çox super əsərdi.mövzu maraqlıdı.müəllif sona qədər həyəcanı zirvədə saxlıyır.ləzət elədi.FTB agenti Frenk Ottebri xarakteri və dostu Monako Təhlükəsizlik Xidməti inspektoru Nikola Yulo ən sevdiyim xarakterlər oldu.çoox təsirli səhnələri var idi.məsləhətdi👍👍👍👍👍👍

Sitatlar

    alizada_fidansitat gətirir5 il öncə
    yeganə etibarlı vasitə ağlın səsinə qulaq asmaqdır
    Gunduz Memmedovsitat gətirir6 il öncə
    Qara kostyumlu adam əlindən Yohanın bədəninin cansız yük kimi sallandığını hiss eləyənə kimi bıçağı daha dərinə saplayır. Yalnız onda bıçağı çıxarır, meyiti öz bədənilə saxlayıb asta-asta göyərtədə qızla yanaşı uzadır, bir müddət ayaqlarının üzərindəki cansız bədənə baxıb nəfəsini dərir. Sonra kişi meyitinin əlindən yapışıb, sürüyə-sürüyə aşağı, kayutaya aparır.
    Onun vaxtı azdır, günəş doğana qədər hələ çox iş görməlidir.
    Onun üçün indi çatışmayan yegənə bir şey – musiqidir
    Gunduz Memmedovsitat gətirir6 il öncə
    Ağıllı adam dünyaya aldığından daha çox verir, hiyləgərsə daha çox almağa, əvəzindəsə nə qədər bacarırsa, o qədər az verməyə cəhd göstərir

Rəflərdə

    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 567
    • 546
    Vusala Mammadova
    Azərbaycanca ƏDƏBİYYAT
    • 359
    • 186
    favorite books
    Oxuduğum
    • 6
    • 4
    b5961412941
    Detektiv
    • 5
    • 1
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl