Bu kitab barədə təəssüratlar: «Bakı və bakılılar (dördüncü nəşr)», Qılman İlkin

Lacivərd Məmmədova
Lacivərd Məmmədovatəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır

Uzun müddətdir ki, rəfimdə qalıb. Hey oxumaq istəyirdim alınmırdı. Kitab çox gözəl, doğma yazılıb. Demək olar, bütün Bakını, bütün mövzuları əhatə edib. Başlıqlar yaxşı seçilib. Bir tərəfi Bakılı olan biri kimi bəyəndim :)
Xoşuma gəlməyən və kitabı sıxıcı edən məqamlar: 1. İlk bölümlər çox uzaq keçmişi əhatə etdir. Bakı ilk dövlətlər, xanlıqlar. 8-9-cu sinif tarix kitabını vərəqləyirsən sanki ( Təbii ki, Bakının başqa xanlıqlar və s.lə olan münasibətləri qeyd olunub. Bilmirəm ki bu məlumatlarsız dövrü tam təsvir etmək olmaz. Amma Bakı bu bölümlərdə ikinci plana düşüb); 2. Küçələr, mətbuat və s. Həddən artıq çox məlumat, səhifənin sonuna çatanda əvvəlində nə oxuduğun yadına düşmür artıq (Əgər abituriyent vaxtlarım olsaydı və bunlarin qəbula düşəcəyini bilsəydim, sözsüz çox yaxşı əzbərləyərdim. Amma indi o vaxtlar deyil, ona görə də siyahı adamı sıxır).
Bu kitab mütləq oxumağa dəyər. Müəllifin çox əziyyət çəkdiyi də hiss edilir. Bakımızdan xəbər verən bu zəngin mənbəyə görə təşəkkürlər!)

Zaur Mirzayev
Zaur Mirzayevtəəssüratları paylaş3 il öncə
🎯Faydalı kitabdır

Seva Sonrisa
Seva Sonrisatəəssüratları paylaş5 ay öncə
👍Tövsiyə edirəm

bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl