Bu kitabdan sitatlar: «Patriarxın payızı», Qabriel Qarsia Markes

Fatima Ahadova
Fatima Ahadovasitat gətirir3 il öncə
kasıblarasa yenə də heç nə jatmayajaq, onların güzəranı əvvəlkindən də pis olajaq. O bədbəxtlərin taleyi belədi, nəjisə beşjə qəpik verən tapılsa, bu adamlar dalsız doğulmağa başlayajaqlar
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir3 ay öncə
Mən "Patriarxın payızı"nı "Yüz ilin tənhalığı"ndan qabaq yazmağa başlamışdım, amma nədənsə iş ləng gedirdi.

...Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri curnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdənbiriidi. Onun törətdiyi bütün qanlı jinayətlər, şübhəsiz ki, sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Sarsıntılar içində kirimişjə oturub dinləyirdim. Ölüm hökmü oxunanda, mən Blanka ilə üz-üzə dayanmışdım: onun sifətində birjə əzələ də tərpənmədi, yalnız dizləri azajıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. Lakin sonralar çox götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – məktubları, bioqrafiyaları, reportacları oxudum. Yazmağa başlayanda isə həmin faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, mənim qəhrəmanım mövjud diktatorlardan heç birinin əkiz tayı olmasın.

***
...Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da, Frankodan da, Qomesdən də nə isə var. İkihüjrəli qəfəsi qoja Samosa ixtira etmişdi – bu qəfəsin bir hüjrəsinə siyasi dustaqları salırdılar. Bununla belə, Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O ki, qaldı Qomesə – Xuan Visenta Qomes ayrı aləm idi... O elə bir nadir şəxsiyyət idi ki, venesuelalılar özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və mənim personacım daha çox ona oxşayır.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir3 ay öncə
Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes, Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin diktatoru haqqında bir fəsil yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə qərara gəlirlər ki, Fuentes – Porfirio Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa – Legianın, Otero Silva (yəni mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o, xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki, ona nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun "Mən, Ali", Karpentyerin diktator Maçadonun müəyyən xarakterik jizgilərini ehtiva edən "Metodun yanlışlığı" və Qarsia Markesin "Patriarxın payızı" kitabları bu jür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin nətijəsi kimi ən azı üç roman yarandı...

Migel Otero Silva, Venesuela-yazıçısı
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
düşünürdü ki, demə, hakimiyyətinin qatı jövhərində xeyli su qarışığı varmış, belə olmasaydı, o, adijə, miskin bir günəş tutulması kimi jadu-ovsunun qarşısında bu jür ajiz qalmazdı.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
İnadkar qaya, dənizin möhtəşəmliyini özünə beləjə tabe eləyir...
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
iki nəfərin birliyi – artıq qiyam deməkdir.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Hə, belə-belə işlər, hələ onda heç kim prezidentin qranit kimi möhkəm olduğunu, hər şeyin mahiyyətini dəqiq gördüyünü, hamının qarnının altındakını bildiyini, beşjə dəqiqədən sonra nə edə biləjəyini, səbrinin və qəddarlığının həddini, dahiyanə pusub gözləmək və vaxtı çatanda məhv eləmək qabiliyyətini, demək olar, bilmirdi.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Dövlət – bizik, mənim generalım, ölkə bizim hamımıza mənsubdur
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
ilk növbədə, milli bayrağın zolaqlarının yerini dəyişib yuxarı zolağı aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki Friqiyə qalpağını8, başıaşağı çevrilmiş əcdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki, biz artıq xaltasızıq, ana!"Yaşasın taun!"
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
, yalnız birjə halda, ona son dərəjə sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi. Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər... onu yalnız rəhmlə atılan gülləylə öldürmək olardı.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
hamıya məlum olan bir həqiqət onun özünə aid olanda, izaholunmaz bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Mən – hökm vermək üçün doğulmuşam. Bir də, mən sən deyiləm, elə özüməm
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Vətən – ən gözəl uydurmadır
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu!
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Lakin general nə təzə gələnə, nə də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi alboma məhəl qoymurdu, çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ujadan deyirdi ki, taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd – onun ölümü barədə şəhadətnamədir.
Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Ruben Dario poeziyası
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl