Əkrəm Əylisli

Daş yuxular

“Daş yuxular” — Əkrəm Əylislinin müəllifi olduğu bu roman-rekviem Azərbaycan-Erməni münaqişəsinə, əsasən ötən əsrin 80-ci illərinə həsr olunub. Romanın hadisələri, əsasən, müəllifin doğma kəndi olan Əylisdə (Naxçıvan) baş verir. Roman, müəllifin dili ilə desək, “Urvatsız ölәn hәmvәtәnlәrimin xatirәsinә” həsr olunub.

Kitab Times nəşriyyatı: Əziz oxucu! Hər şeydən əvvəl, onu demək istəyirik ki, ədəbiyyat təbliğat maşını deyil. Bunu nəzərə alıb deyirik ki, romandakı hadisələr müəllifin gördükləri və müşahidə etdikləri ilə yanaşı təxayyülünün məhsuludur. Oxuyun, təhlil edin. “Dedilər”lə yola çıxıb romanın üstündən keçməyin.
124 kağız səhifələr
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Gunel Najafovatəəssüratları paylaş2 il öncə

    Ekrem Eylisli sevdiyim yazichidi, bu romanla ama ... özunu daha cox tolerant, loyal göstermek isteyib, sülh carcisi kimi ... ama ustunluyu yene de daha cox ermeni xalgina verib. Mence en azindan bele roman yazmag isteyirdise bugunku muharibe sheraitine uygun balansi gorumali idi. Mövzu ise ele de maragli deyildi, o biri romanlarinin yaninda cox kölgede qalirdi. Umumiyyetle bu romani mehsurluguna esas sebeb etrafinda olan skandal ve konfliktler oldu eks halda bu geder taninmaga layig , guclu bir eser deyil.

    rose 1724təəssüratları paylaş2 il öncə
    👎Tövsiyə etmirəm
    💀Dəhşət

    Erməniləri tərifləyib,azərbaycanlılar isə barbar təsvir olunub konkret,bu romana elə haqlı olaraq irad,təhqirlər ediblər.Bilmirəm nə dərəcədə doğrudur,Əkrəm Əylislinin bütün təltifləri əlindən alınıb bu romanindan sonra,elədirsə az olub hələ

    b6094937293təəssüratları paylaş5 il öncə
    👎Tövsiyə etmirəm
    💩Fuuuuu
    🙈Heç nə anlamadım
    💤Darixdirici

    heyif...

Sitatlar

    Mirislam Nazarovsitat gətirir8 ay öncə
    Onların bir әjdaha şairi var - Eqeşe Çarens - 37-dә repressiyanın qurbanı olub. Deyib-gülәn, tut arağının ölüsü olan bu şair bir dәfә zarafat elәdi: "vaxtında әzamızın axmaq yerindәn bir tikә kәsmәyә qoymadıq, ona görә dә müsәlmanlar bütün millәtimizin başını kәsmәyә qәrar verdilәr."
    Mirislam Nazarovsitat gətirir8 ay öncə
    Tәklik, indi belә düşünürdü, ölümün özüdür, bәlkә ölümdәn dәbetәrdir.
    Mirislam Nazarovsitat gətirir8 ay öncə
    "Nә qәdәr gec deyil tәrk elәyin buraları, - dedi-bu qәdәr mәzarları olan yerdә insan xoş gün görә bilmәz"

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl