Edqar Allan Po tərəfindən qorxu janrında yazılmış hekayə. Əsər 19 avqust 1843-cü il tarixində The Saturday Evening Post qəzetində yayımlanmışdır. Cinayət və zorakılıq motivlərinin üstünlük təşkil etdiyi hekayə, yazıçının digər bir hekayəsi Döyən ürəklə müəyyən oxşarlıq təşkil edir. Hər iki hekayədə qatil törətdiyi cinayətin heç vaxt üstünün açılmayaçağını düşünür, lakin öz davranışları nəticəsində özü-özünü ələ verir.