Bu kitabdan sitatlar: «Balaca Şahzadə», Antuan de Sent-Ekzüperi

Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.
Səhər dur­dun, əl-üzünü yudun, özün­ü qaydaya saldın, dərhal planetini qaydaya sal.
– Günəş də qürub edəcəkdir. Mən günəşin qürubunu tələb edirəm. Lakin əvvəlcə əlverişli şərait gözləyəcə­yəm, zira hökmdarın müdrikliyi də bundadır.
Güllər zəifdir, sadə qəlblidir. Onlar öz­lərini cəsur göstər­mək istəyirlər. Onlar düşü­nürlər – tikanları olsa, hamı onlardan qorxar...
aasadzada
aasadzadasitat gətirir4 il öncə
Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
Özünü mühakimə etmək başqalarını müha­kimə etməkdən qat-qat ağırdır.
Əgər sənin yalanını belə asanlıqla tuta bilərlərsə, ya­lan danışmaq səfehlikdir.
Yaşlılara deyəndə ki, «Mən çəhrayı kərpicdən tikilmiş gözəl bir ev gördüm, onun pəncərələrində ətirşah, damında isə göyərçinlər var idi, onlar heç vəchlə bu evi təsəv­vürlərinə gətirə bil­mirlər. Onlara de­mək lazımdır: «Mən yüz min franka başa gəlmiş bir ev gördüm», bu zaman onlar heyrətlə çı­ğırırlar: «Nə qiyamət evdir!»

Qızıma bu gecə oxuyurdum. Ən çox sevdiyim nağıllardan biri. Hər yaş devrində nə isə maraqlı və yeni bir şey kəşf edirsən bu nağılda.

Əgər quzu kolu yeyirsə, o gülü də yeyər?
– Qabağına keçən hər şeyi yeyər.
– Tikanlı gülləri də?
– Bəli, tikanlı gülləri də.
– Bəs onda tikan nəyə lazımmış?
Əgər mən kəpənəklərlə tanış olmaq istəyirəmsə, iki-üç tırtıla dözməliyəm.
Balaca şahzadə dedi:
– Sənin planetində adamlar bir bağda beş min gül yetişdirirlər... ancaq axtardıqlarını tapa bilmirlər.
Milyonlarla ulduzun heç birində olmayan yeganə çiçəyi sevirsənsə, bu kifayətdir: göyə baxırsan, özünü xoşbəxt hiss edirsən. Sonra özünə deyirsən: «Mənim çiçəyim oralarda yaşayır». Lakin quzu onu yesə, bu bütün ulduzların birdən sönməsinə bənzər, bu, səncə, mühüm deyil
– Əgər düz getsə, çox uzaq gedə bilməz...
Onda öz-özünü mühakimə et. Bu ən çətin məsələdir. Özünü mühakimə etmək başqalarını müha­kimə etməkdən qat-qat ağırdır. Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.
Ninel
Ninelsitat gətirir5 ay öncə
Bilirsən... Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur...
Hər adamın öz ulduzu var.
Sən gecə göyə baxacaqsan, orada isə mənim yaşadığım, mənim güldüyüm ulduz olacaqdır və sən bütün ulduzların güldüyünü eşidəcəksən. Sənin gülməyi bacaran ulduzun olacaqdır.
Bu yaşlılar belə adam­lardır. On­lar­dan in­ci­məyə dəy­məz. Uşaq­­lar bö­yük­lərə güzəştə get­məlidirlər.
böyüklərə gərək həmişə, hər şeyi izah edə­sən.
onun doğma planeti vur-tut bir ev böyüklükdədir.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl