“Müharibənin qadın olmayan üzü” romanı İkinci
Dünya müharibəsində iştirak edən yüzlərlə müharibə iştirakçısı
olan qadının dilindən qələmə alınan, bədii psixoloji
rənglərlə zəngin bir əsərdir. Müəllif bu romanı ilə
müharibəyə olan nifrətini tam olaraq aça bilib və bütün
bəşəriyyəti müharibəyə nifrət bəsləməyə səsləyib. Roman
emossional duyğular, kövrək anlar, müharibə iştirakçısı
qadınların müxtəlif dövrlərindən bəhs edən həyat lövhələri
ilə diqqət çəkir.