Vəba günlərində eşq, Qabriel Qarsia Markes
Kitablar
Qabriel Qarsia Markes

Vəba günlərində eşq

“Vəba günlərində eşq”

Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır. Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə – doktor Xuvenal Urbinoya ərə gedir. Bu evlilikdə Ferminanın atasının da böyük rolu olur. O, kasıb teleqrafçının yox, tanınmış həkimin qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir.
Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.
Ağrı-acılar, təsadüfi eşqlərlə dolu zaman keçir və Florentina da varlı, cəmiyyətin hörmət etdiyi şəxs olur. Və düz 51 il 9 ay 4 gündən sonra sevgisinə – illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o, səbirlə doktorun ölümünü gözləyir.
492 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

Zəminə Əzizova
Zəminə Əzizovatəəssüratları paylaş7 ay öncə
👍Tövsiyə edirəm

Bu kitabin filmine baxmiwam coxx sevdiyim filimdi. Mence kitabin oxumaga deyer

Ayxan Huseyn
Ayxan Huseyntəəssüratları paylaş8 ay öncə

Vəba dövrünün məhəbbəti hələ uzun müddət sahilə yanaşmadan səyahət eliyecek

Mrym Melikova
Mrym Melikovatəəssüratları paylaşkeçən ay

Kapitan Fermina Dasaya baxdi.Kipriklerinde bir qis ayazinin ilk pariltilarini gordu.Sonra Florentino Arsiyaya, onun yenilmez gucune, sarsilmaz esqine baxdi.Gecikmis bir guman diksindirdi onu.Olumden cox heyat idi serhedsiz olan.
-Yaxsi, bu lenete gelmis gedis gelisleri ne zamanadek davam etdireceyimizi guman edirsiniz?
Florentino Arsianin cavabi gecelerle birlikde duz elli uc il, yeddi ay, on bir gunden beri hazir idi.
-Butun heyat boyu,- dedi o.

Sitatlar

Aytac Naz
Aytac Nazsitat gətirir4 il öncə
“Kim olursa olsun, hər kəs öz ölümünün sahibidir. O an yetişdikdə edə biləcəyimiz yeganə şey insanların qorxusuz və əzabsız ölmələrini təmin eləməkdir”.
Xalıqova Fidan
Xalıqova Fidansitat gətirir3 il öncə
hər ikisinə də neçə-neçə xoşbəxtlik saatları bəxş etmiş olan bir kristalın durduğunu anladı.
Sebine Hesenova
Sebine Hesenovasitat gətirir16 gün öncə
heç bir prinsipi olmayan məxluq dərdi həzz alaraq çəkə bilərdi.

Rəflərdə

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Kino + kitab, Bookmate
Bookmate
Kino + kitab
  • 31
  • 392
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 351
  • 153
Sehrli realizm, Bookmate
Bookmate
Sehrli realizm
  • 9
  • 94
Bestseller , b5099389106
b5099389106
Bestseller
  • 37
  • 17
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl