bookmate game

Kino + kitab

Bookmate
32Kitablar452Abunəçi
Bu filmlərə baxarkən dərhal əsasında çəkilən kitabları da oxumaq istəyirsən. Buyurun, oxuyun və müqayisə edin!
    Bookmaterəfə kitab əlavə etdiKino + kitabkeçən il
    “Qum dəryasının kapitanları” baiyalı yeniyetmələrin ağır həyatından söz açır. Acı həqiqətlərin zərgər dəqiqliyi ilə təsviri bu romanın fərqli cəhətidir. Yazıçı bizi həyatın axarına buraxılmış bu uşaqların güzəranının ən xırda incəliklərini belə yaşamağa sövq edir. Həm məzəli, həm də bəzən son dərəcə iyrənc təfərrüatlarla tanış olub sarsılırıq. Gözlərimizin önündə personajlar sərgilənir — bir-birindən fərqli, bir-birinə bənzəməyən talelər üzə çıxır. Bu uşaqların hərəsi öz həyatını yaşayır, amma hamısı birlikdə ağır, ac bir qisməti — qeyri-bərabər, ədalətsiz, ikiüzlü cəmiyyətdə yaşamaq yükünü öz zəif çiyinlərində daşıyır. Bu cür amansız gerçəklik, sərt həyat həqiqəti fonunda isə yeniyetmələrin zəngin, poetik iç dünyası açılır.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab3 il öncə
    Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunur.
    Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
    Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxucunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab6 il öncə
    Həm kinosu, həm kitabı çox gözəl olan Babəyin həyatı bizi həmişə heyrət edirdi. Azərbaycanın xalq qəhrəmanı Babək haqqında
    yazılmış bədii əsərlər içərisində öz orijinallığı və
    tarixi həqiqətə yaxınlığı ilə seçilir.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab6 il öncə
    "Zülmətin 50 çaları" kitabın ekranizasiyası artıq kinolardadır. İkinci hekayətdə Qrey və Anasteyşa qaydaları tam dəyişdirməyə çalışırlar…
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab6 il öncə
    Şerlok Holms tədqiqata başlayır… "Şerlok" serialın yeni mövsumu artıq ekranlardadır. Bununla əlaqədər Artur Konan Doylin əfsanəvi hekayətlərindən biri oxumaq məsləhət görürük.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab6 il öncə
    Siz bu kitab əsasında çəkilmiş “Döyüşçü klubu” filminə baxmısınızmı? O zaman bu kitabı da oxumanızı tövsiyə edirik. Ötən əsrin ən möhtəşəm film və kitablarından biri.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab6 il öncə
    1999-ci ilin filmi Stiven Kinqın kitabı əsasında çəkilmişdi. Qəddar bir qətl. Həbsxanaya düşən, günahı olmayan insan..
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Bu kitabın obrazları — bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Elizabet Teylorun məşhur Kleopatra rolu hər kəsin yadındadır. Bu kitabda da Kleopatranın həyatı göstərilir. Burada yalnız iki qüvvəni — ölümü və Kleopatranı qəbul edən Yuli Sezarı, ölənədək Kleopatraya aşiq olan Herkules nəslinin nümayəndəsi Mark Antonini ayaqları altında görən Ptolomeylər sülaləsinin sonuncu çariçasının obrazını yaratmışdır.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Nitta Sayurinin ən tanınmış geyşalardan biri olub. Bu, onun həyat hekayəsi. Belə romantik, romanlarının fanatı deyilsinizsə də belə, ilk baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Harvard professoru Robert Lenqdonun yeni macərası Orta əsrlərin ən gözəl şəhəri — Florensiyada başlayır. Filmin premyerasına lap az qaldı — 13 oktyabrı dünya premyerası planlaşdırılıb.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Bu, sirlərlə dolu detektiv olsa da, lakin bununla, onu psixoloji triller də adlandırmaq olar. Personajlar çoxdur və hər birinin də öz sirləri və günahları var. Ekranizasiyanın premyerası sentyabrın axırı — oktyabrın əvvəlinə planlaşdırılıb. Səbirsizliklə gözləyirik.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Maraqlı fakt: Odri Hebreninin yerinə Holli Qolaytli rolunu Merilin Monro oynamalı idi.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    XXI-ci əsrin ən möhtəşəm antiutopiyalarından biri.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Əfsanəli romanın ekranlaşdırması 2005-ci ildə Rusiyada olub. Mini-serial 10 seriyadan ibarətdir.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Sovet gənclərin ən sevmli kitabı. Gözyaşları saxlamaq mümkün düyil!
  • əlçatan deyil
    Etel Voyniç
    Ovod
    • 1.6K
    • 229
    • 72
    • 82
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Qustav Floberin bu əsəri bir yox, ik yox, 5 dəfə ekranlaşdırma almışdı…
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    Oxumağı çox sevən Matilda adlı qızın barədə bəhs edən filmi hamımız görmüşük. Lakin əsası olan bu kitabı çoxumuz ola bilsin ki heç tanımırıq… Uşaq ədəbiyyatı olsa da, hamıya maraqlı gələcək.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    "Sadəcə birlikdə" əsl fransız romanı və kinosudur. Burada həm sevgi, həm dostluq, həm gündəlik problemlər var.
  • əlçatan deyil
  • Bookmaterəfə kitab əlavə etdiKino + kitab7 il öncə
    "Şerlok Xolmsun macəralarının" seriyadan ən məşhur həkayələrindən biri. Bir neçə dəfə ekranlaşdırma olub, hətta Russiyada da.
  • əlçatan deyil
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl