Aclıq oyunları, Suzanne Collins
Suzanne Collins

Aclıq oyunları

Oxu
358 kağız səhifələr
Hadisələr qəddar rejimin hökm sürdüyü xəyali Panem dövlətində cərəyan edir. Kapitoli 12 bölgənin əhalisini vəhşicəsinə istismar edir və total qorxu altında saxlayır. Məhz bu məqsədlə mərkəz ildə bir dəfə hər bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator döyüşləri – aclıq oyunları təşkil edir. Kitabın baş qəhrəmanı Katnis Everden döyüşlərin könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir. Bu bölgədən olan ikinci xərac – Pita Mellarkla birlikdə Katnis oyunlarda sağ qalmaq və qalib gəlmək üçün yüksək dözüm və iradə göstərməli, güc və ağıl işlətməli olur. Fantastika, macəra və detektiv elementləri ilə zəngin olan roman oxunaqlı dillə və yüksək bədii üslubda qələmə alınıb. Yazıçı əsərində totalitar dövlət nəzarəti və insan azadlığı mövzusunu ustalıqla işləyib.
Amerikan yazıçısı Suzanne Collins 1962-ci il avqustun 10-da ABŞ-nın Konnektikut ştatının Ferfild dairəsinin Sendi Huk kəndində anadan olub. 1991-ci ildən uşaq televiziya veriliş və serialları üçün ssenarilər yazmağa başlayıb. 2003-cü ildə uşaqlar üçün ilk kitabı – “Yeraltı salnamələri” seriyasından “Yerüstü Qreqor” adlı birinci romanı işıq üzü görüb. Collins 2007-ci ilə qədər populyar və oxunaqlı seriyadan daha 4 kitab çap etdirib. 2008-ci ildə “Aclıq oyunları” romanı – eyniadlı trilogiyanın birinci hissəsi çıxıb. Əsər çox qısa müddətdə bestsellerə çevrilib. Növbəti iki il ərzində trilogiyanın daha iki kitabı oxucuların ixtiyarına verilib. “Aclıq oyunları” romanı 2012-ci ildə Suzanne Collinsin öz ssenarisi əsasında ekranlaşdırılıb.
Təəssürat
Rəfə
Artıq oxumuşam

Bənzər kitablarHamısı

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

TəəssüratlarHamısı

b5591748606
b5591748606təəssüratları paylaşkeçən il
👍
🔮müdrik kitabdır
🎯faydalı kitabdır
💞romantik kitabdır

Filmini izlemişem ve yeteri qeder superrdir..????

Nermin Hussein
Nermin Husseintəəssüratları paylaş2 il öncə

Katnis

VÜSAL
VÜSALtəəssüratları paylaş2 il öncə
👍

Ela. ilk defe kitab oxuyarkan sanki bu anı yaşar kimi özümû hiss edirdim .Kitabi oxuduqca men heyacanlanır ve sonluğun nece biteyeceyini sebirsizlikle gozleyir, seifenin her birini oxuduqca heyacanım bir o qeder artırdı.İnanılmaz eser super

SitatlarHamısı

Bu mövzuda zarafatlaşmağa məcburuq. Yoxsa ümidsizlik və qorxu axırımıza çıxar.
VÜSAL
VÜSALsitat gətirir2 il öncə
Zülm etməklə bərabər, həm də bizi alçaltmaq üçün Aclıq oyunları bir bayram şənliyi, bölgələri bir-birinə qarşı qoyan idman yarışı kimi təqdim edilir.

RəflərdəHamısı

Azərbaycanca kitablar, Nur
Kino + kitab, Bookmate
Bookmate
Kino + kitab
  • 30
  • 200
"New York Times" bestsellerləri, Bookmate
Fantastika, Mohtasham Huseynov
Mohtasham Huseynov
Fantastika
  • 12
  • 141
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 342
  • 100
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl